13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

HƏBSDƏKİ JURNALİSTLƏRİN AİLƏ ÜZVLƏRİNİN İŞTİRAKI İLƏ TƏDBİR KEÇİRİLDİ

2010-03-05

Dünən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Elmar Hüseynov ongünlüyü” tədbirlər planı çərçivəsində həbsdə olan jurnalistlərin ailələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

“Media forum”un məlumatına görə, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hazırda Azərbaycanda həbsdə olan jurnalistlərlə bağlı məlumat verib. O, hakimiyyətin hədəfə götürdüyü jurnalistləri müxtəlif bəhanələrlə həbs etdikdən sonra da onlara qarşı təxribatların baş verməsinin istisna olunmadığını qeyd edib. M.Əliyev bu sırada “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həyatının təhlükədə olması ilə bağlı xəbərləri misal çəkib.
Eynulla Fətullayevin atası Emin Fətullayev bildirib ki, sonuncu dəfə oğlu ilə 2009-cu ilin dekabr ayının 21-də görüşüb: “İstintaq təcridxanasında olduğu üçün Eynulladan yalnız vəkilləri və mətbuat vasitəsilə məlumat ala bilirəm. Həyatına təhlükə olması haqda Eynullanın yaydığı müraciətdən sonra Bakı İstintaq Təcridxanasının rəisi ilə görüşdüm. O, Eynullanın təhlükəsizliyinin tam təmin olunduğunu bildirsə də, hesab edirəm ki, təhlükə hələ var”.
“Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva deyib ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan baş redaktorun saxlanma şəraitindən şikayəti olmasa da, səhhətindəki problemlər qalmaqdadır: “Qənimətin cəzasının üçdə ikisini çəkdikdən sonra azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edilsə də, absurd bir səbəblə təmin olunmadı. Guya Qənimət voleybol oyunlarında iştirak etməməklə nizam-intizam qaydalarını pozub”.
Həbsdə olan gənc blogger Adnan Hacızadənin atası Hikmət Hacızadə oğlunun və digər gənc fəal Emin Millinin saxlanma şəraitlərindən şikayətləri olmadığını söyləyib: “Adnan və Eminin həbsinə verdikləri reaksiyaya görə media nümayəndələrinə, hüquq-müdafiə təşkilatlarına, beynəlxalq qurumlara təşəkkürümü bildirirəm. İnanıram ki, hər şey yaxşı olacaq. Amma mənə təəccüblüdür ki, əfv ərizəsinə nə yaza bilərəm? Yazım ki, oğlum bir də idmançı döyməyəcək?”

Xəbər xidməti

437 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

ARXIV

Yeni MÜSAVAT © 2008