13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

AzTV-nin KEÇMİŞ İŞÇİLƏRİ ACINACAQLI DURUMDA

2010-03-05

Onlar dolanmaq üçün ev əşyalarını və qızıl dişləri olan protezlərini satırlar

Televiziya və Radio İşçilərinin Hüquqlarını Müdafiə Komitəsi AzTV-dən işdən uzaqlaşdırılanların maddi durumunun ağırlaşdığını bəyan edib. Komitənin üzvü, jurnalist Vüqar Tapdıqlı modern.az-a açıqlamasında bildirib ki, 2006-cı ildən bəri ötən 4 il müddətində AzTV-dən mindən artıq adam işdən çıxarılıb. İşdən çıxarılan həmin şəxslərin maddi durumu çox ağırdır. V.Tapdıqlının dediyinə görə, işsizlikdən əziyyət çəkən istedadlı və peşəkar işçilərin əksəriyyətinin maddi vəziyyəti o dərəcədə acınacaqlı haldadır ki, yavan çörək ala bilmirlər.

Müdafiə Komitəsinin üzvünün sözlərinə görə, sabiq AzTV-çilər iş tapa bilmədiklərindən dolanmaq üçün ev əşyalarını belə satırlar. Hətta bir xanım rejissor məcburiyyət qarşısında qalıb qızıldan düzəldilmiş diş protezlərini satıb. Kommunal xərcləri ödəyə bilməyənlərin sayı yüzlərlədir.
V.Tapdıqlı müvafiq orqanları son 4 ildə AzTV-də baş verənləri araşdırmağa çağırıb. Onun sözlərinə görə, işdən çıxarılanlarla bağlı cəmiyyəti şoka salan hekayətlər var. Komitənin üzvü deyir ki, son dörd ildə AzTV-dən işdən uzaqlaşdırılanların əksəriyyəti istedadlı və peşəkarlardı və onlar şəxsi ambisiyaların qurbanı olublar.

ETİBAR

1250 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

[02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008