12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

TELEVİZİYALARIN “QIŞ BULVARI” SÜKUTU

2010-03-07

Bakının mərkəzində camaatın evini başına uçururlar, telekanallar bu haqda bircə süjet hazırlamır

Heydər Əliyev Sarayının arxasında Füzuli və Şəmsi Bədəlbəyli küçəsinə kimi olan ərazidə tikiləcək “Qış bulvarı”nda işlər dayanıb. Buna səbəb sözügedən küçələrdə yaşayan sakinlərin təklif olunan kompensasiyanın məbləği ilə razılaşmamasıdır. Qeyd edək ki, qış parkının salınması ilə əlaqədar olaraq Heydər Əliyev Sarayından Füzuli meydanına kimi olan ərazidəki yaşayış binaları və obyektlərin çoxu sökülüb. Sökülən binaların materialları daşınaraq ərazi təmizlənib.

Söküntü işlərinin getdiyi sahəyə əlavə olaraq torpaq tökülüb. İş icraçıları tərəfindən “Qış bulvarı”nın tezliklə istifadəyə veriləcəyi söylənilsə də, görünür, bu, mümkün olmayacaq. Çünki ümumilikdə işlərin 20 faizi yerinə yetirilib. Son günlər isə burada işlər tamamilə dayanıb. Aldığımız məlumata görə, evləri boşaldılan sakinlərə hər kvadratmetr üçün 2000-3000 manat ödənilib. “Qış bulvarı”ndakı son vəziyyəti öyrənmək üçün dünən adıçəkilən əraziyə baş çəkdik.
Ərazidə tikinti üçün ofis inşa olunsa da burada iş yetkililərindən heç kimlə qarşılaşmadıq. Ərazidə olan polis nəfəri bizə bildirdi ki, ofisdə nadir hallarda adam olur: “Siz istəsəniz saat 13:00-dan sonra gəlib maraqlanın, bəlkə kimisə tapa bildiniz”. Polis əməkdaşı bizə dedi ki, “Beşmərtəbə”yə qədər bütün evlər söküləcək. Ərazi 6-7 metr qazılacaq. Birinci mərtəbə avtomobil dayanacağı olacaq, ikinci mərtəbə ticarət mərkəzi, üst hissə isə qış parkı üçün nəzərdə tutulub. Polisin dediyinə görə, sakinlərə 1500 manat təklif edirlər. Ancaq onlar bu məbləği qəbul etmirlər.
Bizi bir məsələ də maraqlandırır: 1 ilə yaxındır sözügedən ərazidə söküntü işləri aparılır, bir aydan çoxdur ərazidə camaatın evini başına uçururlar, amma bir nrçə qəzet və saytdan başqa televiziyalar, həmçinin bəzi qəzetlər bu proseslər barədə nə göstərir, nə də yazır. Məsələ ilə bağlı qəzet və televiziyalarla əlaqə saxladıq.
“Xəzər” televiziyasından bu məsələ ilə bağlı heç kim bizimlə danışmaq istəmədi: “Xəbər departamenti yerində deyil. Ona görə heç kim sizə cavab verə bilməyəcək”.
İTV-nin şöbə müdiri Tahir Məmmədov isə sualla tanış olandan sonra bildirdi ki, bu mövzu ilə maraqlanmalıdır: “Bu mövzu ilə maraqlanım. Bazar ertəsi zəng edərsiniz sizə məlumat verərəm. İndi danışa bilmirəm”.
Az.TV-dən eyni cavab aldıq: “Biz bu haqda heç nə deyə bilmərik. Siz yaxşısı budur növbəti həftənin 2-ci günü zəng edin. Mətbuat xidməti ilə əlaqə saxlayın. Bundan artıq heç bir söz deyə bilmərəm”.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə bəzi məmurları günahlandırdı: “Mən 10 gündən artıqdır Azərbaycanda deyiləm. Bu səbəbdən qəzetdən xəbərim yoxdur. Ancaq bildiyim qədər orada sakinlərə kompensasiya ödənir. Doğrudur, kompensasiya ödənsə də bəzi məmurlar zorakılıq edirlər. Ancaq görünür ki, verilən kompensasiyada hansısa məmurların maraqları var, onlar bu məsələdən nəsə xeyri götürürlər”.
“Şərq” qəzetin baş redaktoru Akif Aşırılı isə bildirdi ki, onların qəzetində bu haqda dəfələrlə yazılar gedib: “”Qış bulvarı"ndan da geniş reportajlar hazırlamışıq. İstəsəniz həmin məqalələrin getdiyi sayların tarixini sizə verə bilərəm. Bundan əlavə, alimlər evindən, qaçqınların köçürülməsindən dəfələrlə yazılar dərc etmişik. Söküntülər haqqında biz həmişə məlumatlar veririk".

Türkan TURAN

1165 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

[02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008