|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Yeni Müsavat” qəzetinin dünənki sayında dərc edilən “Təzadlar” qəzeti ilə AzTV arasında qalmaqal" başlıqlı xəbərdə AzTV-nin sədri Arif Alışanovun “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin telekanalda çalışan iki qohumunu işdən çıxardığı bildirilir. Səbəb qəzetin “Olaylar” informasiya agentliyinə istinadən “AzTV-də qadınlar cinsi istismara məruz qoyulur? Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova sensasion məlumat yaydı” başlıqlı yazını dərc etməsidir. Həmin yazı dərc olunandan sonra Arif Alışanov məqalənin İTV rəhbəri İsmayıl Ömərovun sifarişçi ilə yazıldığı qənaətinə gəlib və A.Mərzilinin iki qohumunu işdən qovmaq barədə göstəriş verib. Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova məsələ ilə bağlı “Yeni Müsavat”a bildirib ki, son iki ildə AzTV-də işləyən çox sayda qadın işlədikləri yerdə cinsi istismara təhrik edilmələrindən Krizis Mərkəzinə şikayət ediblər: “2008-2009-cu illərdə bununla bağlı müraciət edən qadınların sayı çox olub. Bu, əsasən müəssisədə struktur dəyişiklikləri olan zaman baş vermişdi. Bu ilin yanvar ayında isə üç qadın bizə müraciət edərək işlədikləri yerdə cinsi istismara təhrik edildiklərini bildirib. Bununla bağlı məlumat mətbuatda gedəndən sonra isə bir neçə gün əvvəl telekanalda bir neçə qadını işdən qovublar, bəzilərinə də qovulacağı ilə bağlı xəbərdarlıq ediblər. Həmin qadınların mətbuata məlumat ötürməsindən şübhələnirlər”. R.QURBANLI 1779 dəfə baxılıb
|
[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI [11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI [10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI [10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA [10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB [10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ [10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK [09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI? [08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR” [07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ [07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR” [07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR [07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ [05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR [05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU [02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ [02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ [02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”... |
| Yeni MÜSAVAT © 2008 |
|