|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı vəziyyət ildən-ilə pisləşir. Bununla bağlı müstəqil mətbuat və media ekspertləri vaxtaşırı həyəcan təbili çalır, medianın son illərdəki vəziyyəti ilə bağlı ancaq pessimist fikirlər səsləndirirlər. Beş il əvvəl - 2005-ci il martın 2-də “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun evinin qarşısında güllələnərək qətlə yetirilməsindən sonra mediada özünüifadə azadlığının çərçivəsinin daraldığı, özünüsenzuranın isə artdığı vurğulanır. Azərbaycan mediasının son beş ildəki vəziyyəti ilə bağlı rəyini öyrəndiyimiz media ekspertləri bir çox problemləri qabartdılar. Jurnalist həbsləri və özünüsenzura artıb “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyevin fikrincə, son beş ildə Azərbaycan mediası bütün cəhdlərə baxmayaraq, ancaq geriləyib: “Beynəlxalq və yerli təşkilatların cəhdlərinə, keçirilən müxtəlif tədbirlərə baxmayaraq, ölkədə söz və informasiya azadlığının dairəsi daralıb. Bu, özünü artmış jurnalist həbslərində göstərir, qanunvericiliyin getdikcə daha da məhdudlaşdırılmasında, efirdə plüralizmin azalmasında, müstəqil çap mətbu orqanlarının daha da zəifləməsində, tirajlarının azalmasında, onların sıxışdırılıb sıradan çıxarılmasında göstərir. Uzun bir müddət üçün Azərbaycan Avropada ən çox həbsxanada jurnalist saxlayan ölkə adını daşıdı. Hələ də cinayət məsuliyyətinə cəlb olunmuş jurnalistlərin sayına görə birinciliyi qorumaqdadır”. Dörd qanunvericilikdə mürtəce dəyişiklik... Media mütəxəssisi Zeynal Məmmədli də vurğulayır ki, ölkə mediasının son illərdəki inkişafında və gerçəkliyində bütövlükdə ciddi geriləmə var. Əgər 5 ilə qədərki mediada plüralizmin xeyli yaxşılaşdığını, bir normaya çevrildiyini görürdüksə, son beş ildə media daha çox sovet mətbuatının, sovet mediasının uzantısı kimi görünür. “Son illər nəinki peşəkar və müstəqil media inkişaf edib, əksinə, müxalifət qəzetləri azalıb. Bu gün Azərbaycanda üç müxalif fikirli qəzet qalıb - "Yeni Müsavat", “Azadlıq”, “Bizim yol”. Bu, ölkədə əvvəlki dövrlə müqayisədə çox böyük geriliyi göstərir. Elektron vasitələrə əvvəl də nəzarət var idi. İndi bu sadədə vəziyyət daha da pisləşib. Yalnız sosial xəbərlərlə bağlı bir qədər “Xəzər TV”, ANS, qismən ATV araşdırma aparır. Başqa telekanallarda hətta sosial mövzularda da plüralizm yoxdur", - deyə Z.Məmmədli qeyd edib. Çərçivəsi daralan söz və mətbuat azadlığı... Media mütəxəssisi Qulu Məhərrəmli isə qeyd edir ki, 2005-ci ildən bu yana ölkənin kütləvi-informasiya vasitələri öz inkişafının məntiqinə uyğun olaraq irəliləməyib. Əksinə, son beş ildə Azərbaycanda söz və mətbuat azadlığının çərçivəsi xeyli daralıb. “Mediada tənqidi materiallar azaldı, araşdırma jurnalistikası minimuma endi. Bu, təəssüf doğuran haldır. Təbii ki, burada paradoksal cəhət var. Bir tərəfdən dövlətin, hakimiyyətin mediaya iqtisadi qayğısının artdığı görüntüsü yaradılır, digər tərəfdən media keyfiyyət baxımından inkişaf edə bilmir. Azad bazar yoxdur, reklam bazarı monopoliyadadır. Bizdə indi əl mətbuatı, muzdlu media formalaşır. Oliqarxların mediaya təsir imkanları genişlənib və istər-istəməz qəzetlərin bu və digər oliqarxa bağlılığı ilə bağlı cəmiyyətdə ictimai rəy formalaşır. Bütün bunlar hamısı Azərbaycanın azad mətbuatını süquta aparmaq qorxusu yaradır",- deyə Q.Məhərrəmli vurğulayır. “Vəziyyətin dəyişməsi üçün hakimiyyət dəyişməlidir” “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev də bu fikirdədir ki, son beş ildə azad mətbuatın vəziyyəti çox pisləşib. Onun sözlərinə görə, ölkədə söz azadlığı, media sahəsi hakimiyyət tərəfindən tam inhisara götürülüb və idarə olunur. “Bu, böyük problemdir, dəhşətli vəziyyətdir. Vəziyyətin dəyişməsi üçün isə hakimiyyət dəyişməlidir. Hakimiyyət dəyişməsə, heç nə dəyişməyəcək. Bunlar sözdə bir, əməldə başqadırlar. Sözdə mətbuata dəstəkdən söz açırlar, Mətbuata Yardım Fondu yaradılır. Əməldə isə əksini görürük, mətbuatı boğmaqda davam edirlər. Qondarma mətbuat yaradırlar, çirkli pullarla onları maliyyələşdirirlər. Bununla da cəmiyyətdə mətbuatın varlığı barədə görüntü yaradırlar. Əslində vəziyyət dəhşətlidir”,- deyə mütəxəssis vurğulayıb. R.RƏFİYEVA 525 dəfə baxılıb
|
[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI [11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI [10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI [10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA [10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB [10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ [10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK [09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI? [08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR” [07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ [07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR” [07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR [07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ [05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR [05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU [02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ [02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ [02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”... |
| Yeni MÜSAVAT © 2008 |
|