13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

AZƏR AYXANIN MƏHKƏMƏSİ MARTIN 15-də KEÇİRİLƏCƏK

2010-03-10

Akademik Cəlal Əliyevin “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxana qarşı apelyasiya şikayətinə martın 15-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq. C.Əliyev A.Ayxanı və yazıda imzası olan Q.Bakılını xüsusi ittiham qaydasında məhkəməyə verib və onların Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ittiham olunmalarını istəyir. Apelyasiya şikayətinə ilkin məhkəmə baxışı hakim Faiq Qasımovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Cəlal Əliyev Bakının Nizami Rayon Məhkəməsinin qərarından narazı qalaraq fevralın 20-də Apelyasiya Məhkəməsinə müraciət edib. O, məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə Nizami Rayon Məhkəməsinin qərarını hüquqi baxımdan əsassız hesab edir.
Xatırladaq ki, C.Əliyev “Yeni Müsavat” qəzetinin 05 yanvar 2010-cu il tarixli sayında onun barəsində dərc olunmuş “Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı; ”Bakı" mehmanxanası Cəlal Əliyevin imiş" başlıqlı məqaləyə görə xüsusi ittiham qaydasında məhkəməyə verib. Bakının Nizami Rayon Məhkəməsində hakim Ziya Əliyev fevralın 10-da Cəlal Əliyevin iddiasını icraata götürməmək barədə qərar çıxarmışdı. Qeyd edək ki, Cəlal Əliyev eks- prezident Heydər Əliyevin qardaşı, indiki dövlət başçısı İlham Əliyevin əmisidir.

R.RƏFİYEVA

637 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

[02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008