|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Bu gün mərhum jurnalist Elmar Hüseynovun xatirəsinə həsr edilmiş ongünlük başa çatır. Ongünlük çərçivəsində son tədbir bu gün saat 10.00-da “Respublika Lüks” hotelində baş tutacaq. Bu barədə “Yeni Müsavat”a “Yeni Nəsil” Jurnalistlər Birliyindən məlumat verilib. Məlumata görə, “Azərbaycanda informasiya azadlığı və məlumat əldə etmək hüququ” mövzusunda keçiriləcək beynəlxalq konfransda yerli mütəxəssislərlə yanaşı, İngiltərə, Türkiyədən gələn ekspertlər də iştirak edəcək. Konfrans “Article 19”: İfadə azadlığı uğrunda qlobal kampaniya, “Yeni Nəsil” Jurnalistlər Birliyi və Media Hüquqları İnstitutunun dəstəyi ilə keçirilir. Tədbirdə mütəxəssislərin iştirakı ilə informasiya azadlığı və məlumat əldə etmək hüququnun reallaşdırılması imkanları, “informasiya sahibləri” ilə media arasında münasibətlərin yeni prinsipləri barədə müzakirələr aparılacaq. Həmçinin “Article 19” təşkilatının bu sahədə tövsiyələrinin təqdimatı olacaq. Tədbir çərçivəsində həmçinin söz azadlığına dair film nümayiş etdiriləcək. R.RƏFİYEVA 647 dəfə baxılıb
|
[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI [10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI [10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA [10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB [10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ [10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK [09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI? [08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR” [07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ [07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR” [07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR [07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ [05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR [05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU [02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ [02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ [02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”... [02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ |
| Yeni MÜSAVAT © 2008 |
|