|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Haraşti son 10 ildə ATƏT məkanında jurnalistlərin vəziyyətinin pisləşdiyini deyib: “Amma bundan əvvəlki 10 il yaxşı keçib, postsovet ölkələri ifadə azadlığı hüququ əldə ediblər və çox enerjili vətəndaş cəmiyyəti yaradıblar. Vətəndaş cəmiyyətinin hökumət qarşısında ciddi tələblər qaldıracaq qədər çox inkişaf edə bilməsi ümidverici amildir” ("Mediaforum"). “Əsas problemlər nədən ibarətdir” sualını cavablayan Haraşti üç məsələni - bir çox postsovet ölkələrində televiziyaların hökumətin nəzarəti altında olmasını, jurnalistlərə qarşı zorakılığın artmasını və interneti milli qanunlara uyğun tənzimləmək cəhdlərini önə çəkib. 6 illik fəaliyyətinə toxunan ATƏT rəsmisi deyib: “Hər bir qətlə yetirilən jurnalisti xatırladıqda uğurlu fəaliyyət barədə söhbət mənasız, hətta gülməli görünür. Amma nəticələrdən danışsaq, əvvəla, həyata keçirdiyimiz tədbirlərlə bir çox hallarda yox olma təhlükəsi ilə üzləşən jurnalistləri və KİV-i müdafiə etmək iqtidarındayıq. Bəzən jurnalistləri həbsdən azad edə və konkret yardım göstərə bilirik. Biz həmçinin bir sıra KİV haqqında qanunların bizim məsləhətlərimiz əsasında qəbul edilməsindən məmnunuq. Bu, cinayət məsuliyyətinin, inhisarçılığın ləğvi və qanunvericiliyin liberallaşdırılmasıdır”. Haraşti müsahibədə həbsdə olan azərbaycanlı jurnalist Eynulla Fətullayevdən söz açıb: “Mən Azərbaycanda jurnalist araşdırmalarına görə siyasi motivlərlə azadlıqdan məhrum edilmiş Eynulla Fətullayevə baş çəkmişəm. O, əsassız böhtan, vergi ödənişindən yayınma və terrorla hədələmə ittihamları ilə həbs edilib. Mən həbsdə jurnalistə baş çəkdikdən sonra o, aclığı dayandırıb”. “Vəzifənizdə sizi əvəz edəcək şəxs üçün hansı tövsiyələriniz var” sualını Haraşti belə cavablayıb: “Ünsiyyət üçün lazımi mexanizm tapılmalıdır - istər daxili yazışmalar, diplomatlarla qeyri-rəsmi danışıqlar, istər mətbuat konfransları, istər səfərlər olsun. Vəziyyəti yaxşıya doğru dəyişmək məqsədilə bu imkanlardan istifadə etmək lazımdır. Son 6 ildə ictimaiyyətə məlumat verilmədən bir çox işlər görülüb, çox şeyi qanun layihəsinin qəbulundan əvvəl yaxşılaşdırmaq mümkün olub”.
1263 dəfə baxılıb
|
[11.02.2012] - SÖZÇÜNÜ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM [11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI [10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI [10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA [10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB [10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ [10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK [09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI? [08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR” [07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ [07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR” [07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR [07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ [05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR [05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU [02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ [02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ [02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”... |
| Yeni MÜSAVAT © 2008 |
|