13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

“ARTİCLE-19” HAKİMİYYƏTƏ TÖVSİYƏ VERDİ

2010-03-11

Bu təkliflər söz azadlığına həsr olunan beynəlxalq konfransda səsləndi

5 il əvvəl qətlə yetirilmiş jurnalist Elmar Hüseynova həsr edilən ongünlük çərçivəsində dünən sonuncu tədbir keçirildi. “Azərbaycanda informasiya azadlığı və məlumat əldə etmək hüququ” mövzusundakı beynəlxalq konfransda informasiya azadlığının səviyyəsi və məlumat əldə etmək hüququnun reallaşdırılması imkanları müzakirə edildi. Təşkilatçılar “Yeni Nəsil” Jurnalistlər Birliyi, “Article-19” beynəlxalq təşkilatı, Böyük Britaniya səfirliyi və Media Hüququ İnstitutu (MHİ) idi.

“Article-19” təşkilatının Azərbaycan və Avropa proqramları üzrə məsləhətçisi Rebekka Vinsent bildirdi ki, söz azadlığı cəmiyyətdə digər azadlıqların həyata keçirilməsi üçün vacib rol oynayır: “Söz azadlığı şəffaflığı artırır və korrupsiyaya qarşı mübarizədə böyük rol oynayır. O, demokratik idarəçiliyin əsas prinsiplərindəndir”.
R.Vinsentin sözlərinə görə, 2005-ci ildə “İnformasiya əldə etmək haqqında” Qanun qüvvəyə minəndə bu, açıq və şəffaf idarəçilik mexanizminin qurulması istiqamətində atılmış addım sayılsa da qanunun qoyduğu qaydalarla onların real həyatda tətbiqi arasındakı kəskin fərqlər özünü göstərir: “O qanunun qüvvəyə minməsindən 4 ildən vaxt keçsə də onun tətbiqi ilə bağlı narahatlıq hələ də qalır. ”Article-19" təşkilatının tədqiqatı qanunun tətbiqi ilə bağlı bir sıra çatışmazlıq və pozuntular olduğunu üzə çıxarıb. Hakimiyyət tələb olunan məlumatları açıqlamaqdan imtina edir, imtina əsaslandırılmır. Sorğulara cavablar gecikdirilir, sorğuları qeydiyyata almır, informasiya sahibləri olduqlarını boyunlarına götürmürlər. Dövlət strukturları daxilində hökm sürən qapalılıq və psixoloji mühit də informasiya əldə etmək istəyənlərə əlavə problem yaradır. Belə mühit informasiya axtarışında olan vətəndaş cəmiyyətinin fəaliyyətini zəiflədir. İnformasiya əldə edilməsinə mane olan şəxslərin cəzalandırılması üçün də təsirli sanksiyalar yoxdur".
“Yeni Nəsil” JB-nin sədri Arif Əliyev Milli Məclisdə media azadlığı ilə bağlı yeni qanunların müzakirəsi ehtimalından narahatlığını bildirdi: “Parlamentdə ”Diffamasiya haqqında" Qanunla bağlı müzakirənin olacağı və dövlət orqanları ilə mətbuat üçün vahid kommunikasiya və informasiya strategiyasının qəbulu barədə fikirlər səslənir. Bu sənədlər çox maraqlıdır".
MHİ-nin direktoru Rəşid Hacılı dedi ki, “İnformasiya əldə etmək haqqında” Qanunla rəsmi bilgilərə çatımla bağlı qəbul olunmuş Avropa Konvensiyasının müddəaları arasında ziddiyyət yoxdur: “Amma çatışmazlıqlar var. Qanunun həyata keçirilməsində də boşluqlar qalır, bu qanunla bağlı olan bir sıra başqa qanunlarda da çatışmazlıqlar var”.
İstanbul Bilgi Universitetinin hüquq professoru Yaman Akdəniz Türkiyədə informasiya azadlığının reallaşdırılması imkanlarından danışdı. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov informasiya əldə edilməsində ciddi problemlərin olduğunu qabartdı. Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli informasiya azadlığı üzrə müvəkkilin təyin olunmasını vacib saydı. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də Azərbaycanda söz azadlığı sahəsində vəziyyətin pis olaraq qaldığını dedi. Deputat Fazil Mustafanın fikrincə isə dövlət orqanlarının şəffaf işləməməsi informasiyanın ötürülməsində ciddi problemlərə səbəb olur. Deputat Elmira Axundova “Diffamasiya haqqında” qanunun tezliklə qəbul edilməyəcəyini söylədi.
Konfransda Azərbaycanda söz azadlığı ilə bağlı kiçik süjetin təqdimatı da keçirildi. A.Əliyev dedi ki, bir həftədən sonra bu süjetin telekanallarda nümayişinə çalışacaqlar. O qeyd etdi ki, “İnformasiya azadlığı nəyimizə lazımdır?” mövzusunda sosial reklam vərəqələri də hazırdır. Orada informasiya azadlığının nə olması və vətəndaşlara nə verməsi haqda bilgi verilib. Vərəqələr ilkin olaraq 8 min nüsxədə “Yeni Müsavat” qəzetinin 10 mart tarixli sayı ilə birgə yayılıb. Daha 22 min nüsxə də çap edilib yayılacaq.
Sonda R.Vinsent “Article-19” təşkilatının tövsiyələrini diqqətə çatdırdı. “Article-19” hökuməti maksimal aşkarlıq prinsipini informasiya əldə etmək məsələlərinə aidiyyəti olan bütün qanunvericilik aktlarına daxil etməyə çağırır.

R.RƏFİYEVA

458 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

[02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008