13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

EYNULLA FƏTULLAYEV PREZİDENTƏ MÜRACİƏTİNDƏ DƏHŞƏTLİ FAKTLAR AÇIQLADI

2010-03-12

“MTN polkovniki Elmar Hüseynovun qətlinin təşkilatçısı olduğunu mənə etiraf edib”

8,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş jurnalist Eynulla Fətullayev Avropa İnsan Hüquqları Məhkəməsinə və Azərbaycan prezidenti İlham Əliyevə geniş məktub göndərib. Məktubun bir nüsxəsini Fətullayevin yaxınları “Turan” agentliyinə təqdim ediblər. Məktubun girişində deyilir ki, bu, onun müraciətinə əlavə və "həbsinin əsl səbəblərinin izahıdır».

Məktubda sensasiyaya səbəb olacaq məlumatlar yer alıb. Bu məlumatlara əsasən, Milli Təhlükəsizlik Nazirliyi sadəcə "Monitor" jurnalının redaktoru Elmar Hüseynovun qətlində iştirak etməyib, həm də uzun müddət ən yüksək səviyyədə bu ağır cinayəti hazırlayıb. Qurumun polkovniki, Antiterror Mərkəzinin rəis müavini Akif Çovdarov öz rəhbərliyinin tapşırığı ilə bu və digər qətllərin həyata keçirilməsi ilə məşğul olurdu.
Fətullayev yazır ki, bu polkovnik uzun müddət qətl icraçılarını axtarırdı. Hələ 2004-cü ilin sonlarında o, 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan "kriminal avtoritet"ə müraciət etmişdi (ad çəkilmir). Ona pul mükafatı əvəzində Elmar Hüseynovun qətlini təşkil etmək təklif olunmuşdu, lakin “avtoritet” bundan imtina edib. Onda MTN əməkdaşı bu qətli həmyerlisi olan Gürcüstan vətəndaşı Serko Darvişevə tapşırdı. Teymuraz Əliyev və Tahir Xubanovun da daxil olduğu bu cinayətkar qrup 2 mart 2005-ci ildə jurnalisti qətlə yetirdi.
Bütün bu məlumatları Fətullayevə "kriminal avtoritet" verib. Fətullayev 2007-ci ilin fevralında vəkili ilə birlikdə cəzaçəkmə müəssisəsində bu şəxsə baş çəkib. Buna qədər avtoritet Fətullayevə zəng edərək, xüsusi xidmətlərin təxribatları haqqında ona məlumat verib. Fətullayev cəzaçəkmə müəssisəsinə daxil olmaq üçün rüşvət verib və saxta sənədlərdən istifadə edib.
Lakin jurnalistin cəzaçəkmə müəssisəsinə getməsi və sözügedən şəxslə görüşməsi barədə MTN xəbər tutub və Fətullayev bu barədə xüsusi xidmətlərə onun "kriminal avtoritet"in verdiyi məlumatları açıqladığı redaktorlardan biri xəbər verib.
Fətullayev hesab edir ki, aldığı informasiyanı "Realnıy Azerbaydjan" qəzetində dərc etmək planları həbsinin və məhkəmə təqibinin əsl səbəbi olub.
Öz məktubunda o, iddia edir ki, MTN rəhbərliyi bir neçə dəfə onu hədələyib və Elmar Hüseynovun qətli və hüquq-mühafizə orqanlarının bunda əli olması barədə yazmamağı tələb edərək, bunun nəticələri barədə xəbərdarlıq edib. Lakin o, bu tələblərə məhəl qoymayıb və 2007-ci ildə saxta terrorla hədələmə ittihamı ilə həbs edilib. 2007-ci ilin iyununda MTN-in istintaq təcridxanasında Çovdarov ona baş çəkib və söhbət zamanı hakimiyyətin ünvanına tənqidi yazılarına görə Elmar Hüseynovun qətlinin təşkilində iştirak etdiyini qeyd edib.
Fətullayev yuxarıda deyilənləri təsdiq edəcək heç bir dəlil göstərmir. Öz növbəsində, MTN İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev Fətullayevin iddialarını "Turan"a şərh edərkən onları "uydurma və cəfəngiyyat" adlandırıb. Babayevin sözlərinə görə, Fətullayev heç bir fakta əsaslanmır və bu şəkildə Elmar Hüseynovun qətlində istənilən şəxsi ittiham etmək olar.
İstintaq jurnalistin qətlinin açılması üzrə zəruri tədbirləri görür. Fətullayevin əsassız bəyanatları istintaqın düz yolda olduğunu sübut edir, Babayev belə hesab edir.

Turan

7955 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

ARXIV

Yeni MÜSAVAT © 2008