13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

DÖVLƏT NEFT ŞİRKƏTİNDƏ STUL QOYMAĞA YER YOX İMİŞ

2010-03-12

Qəzetlər qurumun tədbirlərinə bu səbəbdən dəvət edilmir

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) keçirdiyi tədbirlərə “Yeni Müsavat” qəzetini bir qayda olaraq dəvət etmir. Qurumdan bununla bağlı məlumat almaq istədikdə isə ümumiyyətlə ölkədəki qəzetlərin bu şirkətin tədbirlərinə dəvət edilmədiyi bildirildi.

ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin verdiyi məlumata görə, şirkətin tədbirlərinə yalnız telekanallar və agentliklər dəvət edilir: “Çünki kütləvi informasiya vasitələri çoxdur, yerimizsə azdır. Tədbir keçirmək üçün yerimiz darısqaldır. Belə düşünürük ki, televiziya və agentliklər tədbirləri daha operativ işıqlandıra bilirlər. Hər bir qəzet də gündəlik iki-üç agentliyin məlumatını alır”.
N.Quliyevin sözlərinə görə, şirkətin mətbuat konfransı keçirmək üçün nəzərdə tutduğu məkan genişləndirilərsə, qəzetlərin tədbirə dəvət edilməsi müzakirə edilə bilər: “Yerimiz genişlənəndə bunu nəzərə alacağıq. Ancaq bilmirdim ki, mətbuatın bizim keçirdiyimiz tədbirlərə marağı var”.
Qeyd edək ki, ölkədəki telekanalların hamısı, agentliklərin də əksəriyyəti hakimiyyətin nəzarətindədir. Bu səbəbdən onların ARDNŞ-nin fəaliyyətindəki nöqsan və çatışmazlıqlarla bağlı hər hansı xəbəri ictimaiyyətə çatdıracağı inandırıcı deyil. Müxalifət yönlü mətbuat orqanlarının qurumun tədbirlərinə dəvət edilməməsi isə onların məlumat əldə etmək azadlığını pozur.
Təkcə Dövlət Neft Şirkəti deyil, bir çox rəsmi qurumlar da müxalifət mətbuatını öz tədbirlərinə bir qayda olaraq dəvət etmir. Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılının sözlərinə görə, ARDNŞ-nin və digər rəsmi qurumların öz tədbirlərinə, mətbuat konfranslarına istədikləri mətbuat orqanını dəvət etməsi onların fəaliyyəti barədə şübhələr yaradır: “Bu, onu göstərir ki, Dövlət Neft Şirkəti hansısa mətbuatın onun barəsində yazmasını istəmir, hansısa tənqidlərdən, veriləcək əlavə suallardan qorxur. Bu, onlara hörmət gətirmir və qurumun fəaliyyətinə etibar yaratmır”.
R.Hacılı qeyd edib ki, hər bir media qurumunun, jurnalistin informasiya almaq hüququ var. Buna görə ARDNŞ normal akkreditasiya qaydaları müəyyənləşdirməli və bütün mətbuatın iştirakına imkan yaratmalıdır: “Bu baxımdan jurnalistlərin bir hissəsini tədbirlərinə dəvət etməyən qurumlar bununla cəmiyyətin informasiya almaq hüququna da zərbə vurmuş olur”.

R.RƏFİYEVA

863 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

[02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008