13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

AZƏR AYXAN APELYASİYA MƏHKƏMƏSİNƏ ETİRAZ MƏKTUBU GÖNDƏRƏCƏK

2010-03-12

“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanın vəkili Elçin Sadıqov Bakı Apelyasiya Məhkəməsinə etiraz məktubu göndərəcək. Bu barədə “Yeni Müsavat”a E.Sadıqov məlumat verib. O qeyd edib ki, Cəlal Əliyevin apelyasiya şikayəti əsassızdır: “Apelyasiya şikayətində xüsusi ittihamda göstərilənlərdən artıq, fərqli heç nə göstərilməyib. Biz bununla bağlı məhkəməyə martın 13-də etiraz məktubu göndərəcəyik”.

Qeyd edək ki, akademik Cəlal Əliyevin “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxana və yazı müəllifi Qoşqar Bakılıya qarşı apelyasiya şikayətinə martın 15-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq. C.Əliyev A.Ayxanı və Q.Bakılını xüsusi ittiham qaydasında məhkəməyə verib və onların Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ittiham olunmalarını istəyir. Apelyasiya şikayətinə ilkin məhkəmə baxışı hakim Faiq Qasımovun sədrliyi ilə keçiriləcək.
Cəlal Əliyev Bakının Nizami Rayon Məhkəməsinin qərarından narazı qalaraq fevralın 20-də Apelyasiya Məhkəməsinə müraciət edib. O, məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə Nizami Rayon Məhkəməsinin qərarını hüquqi baxımdan əsassız hesab edir.
Xatırladaq ki, C.Əliyev “Yeni Müsavat” qəzetinin 05 yanvar 2010-cu il tarixli sayında onun barəsində dərc olunmuş “Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı; ”Bakı" mehmanxanası Cəlal Əliyevin imiş" başlıqlı məqaləyə görə qəzetin baş redaktorunun birinci müavini Azər Ayxanı və yazı müəllifi Qoşqar Bakılını xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. İddiaçı ərizəsində qeyd etmişdi ki, ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrində nəzərdə tutulmuş “böhtan” və “təhqir” cinayətləri törədilib. Bakının Nizami Rayon Məhkəməsində hakim Ziya Əliyev fevralın 10-da Cəlal Əliyevin iddiasını icraata götürməmək barədə qərar çıxarmışdı. Qeyd edək ki, Cəlal Əliyev eks- prezident Heydər Əliyevin qardaşı, indiki dövlət başçısı İlham Əliyevin də əmisidir.
R.RƏFİYEVA

Xəbər xidməti

446 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

ARXIV

Yeni MÜSAVAT © 2008