13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

HÜQUQ MÜDAFİƏÇİLƏRİ EYNULLA FƏTULLAYEVİN VALİDEYNLƏRİNƏ BAŞ ÇƏKİB

2010-03-12

Emin Fətullayev: “Bizə dəstək olanların hamısına təşəkkür edirəm”

Dünən bir neçə hüquq müdafiəçisi həbsdəki jurnalist Eynulla Fətullayevin ailəsinə baş çəkib. Bu barədə “Yeni Müsavat”a məlumatı Eynulla Fətullayevin atası Emin Fətullayev verib.

O bildirib ki, görüş zamanı jurnalistin yaradıcılığına, medianın inkişafı üçün gördüyü işlərə də diqqət yönəldilib. “Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı bayram ərəfəsində bizim dərdimizə şərik olmaq, ürək-dirək vermək istədiklərini deyiblər. Bizə dəstək olan bütün hüquq müdafiəçilərinə təşəkkürümü bildirirəm”.
Emin Fətullayev qeyd edib ki, hüquq müdafiəçiləri E.Fətullayevin azadlığa buraxılacağına inandıqlarını vurğulayıblar. Emin Fətullayev isə həftə ərzində oğlu ilə görüşəcəyinə ümid etdiyini dilə gətirib.
Xatırladaq ki, “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevdən 2009-cu il dekabrın 29-da heroin götürülüb. Jurnalistə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satiş məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) iş qaldırılıb. Bu maddə üç ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Eynulla Fətullayev terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.

R.RƏFİYEVA

401 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

ARXIV

Yeni MÜSAVAT © 2008