 |
Media
MİRZƏ SAKİT ALMANİYAYA YOLA DÜŞÜB 2010-03-12
|
“Azadlıq” qəzetinin əməkdaşı, satirik şair Mirzə Sakit martın 11-i axşam saatlarında Almaniyaya yola düşüb. Məlumatı “Media forum” saytına satirikin həyat yoldaşı Rəna Zahidova verib. Onun sözlərinə görə, M.Sakit Almaniyaya çatdıqdan sonra ailəsi ilə telefon əlaqəsi saxlayıb. M.Sakiti Almaniyaya Hamburq Siyasi Məhbusların Müdafiəsi Cəmiyyəti dəvət edib. O, bir il bu ölkənin Hamburq şəhərində yaşayacaq.
2006-cı il iyunun 23-də həbs edilən, qeyri-qanuni narkotik maddə saxlamaqda ittiham olunaraq 3 il iş alan M.Sakit Milli Məclisin 2009-cu il martın 17-də qəbul etdiyi amnistiya aktına əsasən, həmin il aprelin 9-da cəzasının çəkilməmiş hissəsindən azad olunub. M.Sakitin qardaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid hazırda həbsdədir. 806 dəfə baxılıb
|