13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

“EYNULLA ELMARIN QƏTLİNİN ÜSTÜNÜ AÇIB...”

2010-03-13

Emin Fətullayev: “Buna görə də həbsdədir”

“Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin həbs olunmuş təsisçisi və baş redaktoru Eynulla Fətullayev 1 həftə fərqlə iki sensasion bəyanatla çıxış edib. Martın 3-də Bakı Apelyasiya Məhkəməsinə yolladığı şikayət ərizəsində, martın 10-da isə prezidentə ünvanladığı məktubda həbsinin səbəblərinə toxunub. “Turan” agentliyinə daxil olmuş ətraflı şikayətində hökumətin Elmar Hüseynovun qətlinin araşdırılmasında yaratdığı maneələri qeyd etməklə, 5 oktyabr 2006-cı ildə Tbilisidə Azərbaycan hakimiyyətinin guya Elmar Hüseynovun qətlinə görə İnterpol xətti ilə barələrində axtarış elan etdiyi şəxslərlə görüşdüyünü bildirir.

Qeyd edir ki, caniləri həbs etmək əvəzinə MTN ona və araşdırma ilə məşğul olan İctimai Komissiyanın digər üzvlərinə fəaliyyətə son qoymaq tələbi ilə təzyiq kampaniyasına başlayıb. Onlardan şübhəli şəxslər - Teymuraz Əliyev, Tahir Xubanov və Serq Darvişev haqqında məlumatı yaymamaq haqqında iltizam alınıb: “Başqaları araşdırmanı dayandırdılar, mən isə davam etdirdim və belə bir nəticəyə gəldim ki, bütün şübhələr bir şəxsin - MTN zabiti Akif Çovdarovun üzərinə cəmləşir”.

Akif Çovdarov kimdir?

“Gündəm xəbər” qəzeti bu suala aydınlıq gətirib. Qəzet yazır ki, Akif Çovdarov vaxtilə Binə qəsəbəsində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində işləyib. Dustaqlara qarşı çox qəddar davranışı ilə yaddaşlarda qalıb: “Həmin vaxt müəssisənin rəisi Ramiz Heybətov, Akif Hacıyevlə Elxan Sadıqov isə müavin olublar. Akif Çovdarovun onlarla, xüsusən də Akif Hacıyev və Elxan Sadıqovla çox yaxşı dostluq münasibətləri olub və indiyədək də davam edir. Akif Hacıyev Rövşən Cavadovun bacısının yoldaşıdır”. Qəzet Akif Çovdarovun Cəbhə hakimiyyətə gələnə qədər Penitensiar Xidmətin rəis müavini vəzifəsində çalışdığını da yazır. Qeyd olunur ki, AXC hakimiyyətə gəldikdən sonra Akif Çovdarov vəzifəsindən uzaqlaşdırılıb. Növbəti hakimiyyət dəyişikliyindən sonra Çovdarov yenidən sistemə qayıdıb. Milli Təhlükəsizlik Nazirliyinə isə Çovdarovu qayınatası gətirib: “Çovdarovun qayınatası təhlükəsizlik işçisi olub və onu bu sistemə işə də o gətirib. Akif Hacıyev isə sonralar fəaliyyətini DİN sistemində davam etdirib və Cəlilabadın polis rəisi olub. Sonuncu iş yeri DİN-də inspektor olub”. Qəzet A.Çovdarovun cinayət aləmi ilə, Hacı Məmmədovla münasibətlərinin olmasını da yazır: "Akif Hacıyev Hacı Məmmədov olayından sonra bu sistemdən uzaqlaşdırılıb. Bu səbəbdən də Akif Çovdarovla Hacı Məmmədovun şəxsi münasibətlərinin ola biləcəyi də istisna edilmir". Akif Çovdarovun şəxsi keyfiyyətlərinə gəldikdə isə o, yuxarıdan verilən tapşırıqları dərhal və heç bir tərəddüdsüz, eyni zamanda ehtiyac olanda xüsusi qəddarlıqla icra edən bir şəxs kimi xarakterizə edilir.

Akif Çovdarov barədə Andres Herkel, “AQO” qrupu, Mikloş Haraşti də məlumatlıdır

Fətullayev prezidentə məktubunda Akif Çovdarovun barəsində milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədova, Baş Prokurorluğa müraciət göndərildiyini, habelə vəkillərə (İsaxan Aşurov və Elton Quliyev) və hüquq müdafiəçilərinə (Murad və Rəna Sadəddinovalar) məlumat verdiyini yazıb. Onun sözlərinə görə, buna görə hakimiyyət onu həbsə atıb. Həbsdə olarkən MTN rəhbərliyinin nümayəndələri, o cümlədən Çovdarov onunla söhbət edib. Fətullayevə MTN-lə əməkdaşlıq müqabilində azad ediləcəyi vəd olunub.
MTN zabitlərinin “cinayətkar fəaliyyəti” haqqında Fətullayev Bakıdakı xarici diplomatlara, habelə AŞPA məruzəçisi Andres Herkel, AŞ “AQO” qrupunun üzvlərinə, ATƏT-in xüsusi nümayəndəsi Mikloş Haraştiyə də məlumat verib. Bundan sonra ifşa olunmaqdan qorxan Çovdarov onunla saziş bağlamağa cəhd edərək, onu azad etməyi vəd edib (iyul 2008 və 2009-cu ilin əvvəli), amma jurnalist bundan imtina edib.
2009-cu ilin iyununda Fətullayevə tanışı vasitəsilə xəbər göndəriblər ki, susmasa ona qarşı yeni iş açılacaq. İyunun 12-də cəzaçəkmə müəssisəsində qiyam baş verib. Üsyan yatırıldıqdan sonra Penitensiar Xidmətin rəis müavini Mahir Musayev Fətullayevi çağıraraq, onun qiyam haqqında əvvəlcədən xəbəri olub-olmadığını soruşub. Sonradan Musayev etiraf edib ki, yuxarıdan Eynullayevə qarşı təxribat haqqında göstərişlər daxil olur.
İyunun 14-də MTN əməkdaşı Dağbəyi Allahverdiyev cəzaçəkmə müəssisəsinə gəlib. Sonuncu Çovdarovla birlikdə jurnalist Aqil Xəlili döymüşdü. Allahverdiyev Fətullayevin qiyamda iştirakının mümkünlüyünü araşdırıb.
İyulun sonlarında Penitensiar Xidmət rəhbərliyi İsaxan Aşurov vasitəsilə Fətullayevə əfv haqqında ərizə yazmağı təklif edib. Bildirilib ki, hökumət işi Strasburq məhkəməsinə çatdırmamaq üçün Fətullayevi azad etməyi qərara alıb. Jurnalistə səhvlərini etiraf etmək, İlham və Mehriban Əliyevanı bir daha tənqid etməyəcəyinə söz vermək və ya ölkəni tərk etmək təklif edilib. Lakin o, imtina edib. Fətullayev Elmar Hüseynovun qətli ilə bağlı aldığı informasiyanı “Realnıy Azerbaydjan” qəzetində dərc etmək planlarını həbsinin və məhkəmə təqibinin əsl səbəbi olduğunu da yazıb.

Emin Fətullayev hökuməti caniləri yaxalamağa səslədi

Eynulla Fətullayevin atası qəzetimizə açıqlamasında deyib ki, oğlu bu məlumatları hələ bir il əvvəl açıqlamaq istəyib: “Eynulla Elmarın ruhu qarşısında baş əyib, and içib ki, bu məsələni açacaq. Söz verib və açıb. Müəyyən qüvvələr də bundan narazıdır; ona görə də Eynullanı həbsdən buraxmaq istəmirlər. Eynulla Elmarın qətlinin üstünü açıb. Buna görə onun azadlığa çıxmağa qoymurlar. Bununla da bu qanlı cinayətin açılmasında maraqlı olmadıqlarını bəyan edirlər”.
MTN İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev isə E.Fətullayevin iddialarını həqiqət olmadığını iddia edib.

E.QƏDİMOV

989 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

[02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008