 |
Media
“EYNULLA FƏTULLAYEVİN SENSASİON İTTİHAMLARI ARAŞDIRILMALIDIR” 2010-03-14 DİN və Baş Prokurorluq məsələyə münasibət bildirmir
|
Həbsdə ola-ola barəsində iki hökm çıxarılan “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin bir həftə fərqlə verdiyi iki sensasion bəyanat hakimiyyət tərəfindən sükutla qarşılandı. Bəyanata yalnız MTN-in ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev həmişə təkrarladığı fikirlərlə münasibət bildirdi. Əslində isə E.Fətullayev faktiki olaraq “Monitor” jurnalının 5 il əvvəl öldürülən baş redaktoru Elmar Hüseynovun qətli və onun təşkilatçısı olan MTN polkovniki Akif Çovdarov barədə müfəssəl məlumat verdi. Bəs belə olan halda hökumətdəkilərin susqunluğu nə ilə əlaqədardır? Millət vəkili Pənah Hüseyn E.Fətullayevin bəyanatlarındakı məqamların kifayət qədər ciddi ittihamlar olduğunu bildirdi: “Bu ittihamlara ümumi sözlərlə münasibət bildirib kənara qoyulmamalıdır. İlk növbədə MTN və onun adıçəkilən işçiləri, hakimiyyət bu məsələyə aydınlıq gətirməlidir. Təhqiqat aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Cinayət-Prosessual Məcəllənin tələbinə görə, bu cür məlumatlarla bağlı cinayət işi başlamaq prokurorluğun səlahiyyətlərinə aiddir, bilavasitə vəzifəsidir. Prokurorluq Fətullayevin bəyanatındakı fikirləri araşdırmalı və ictimaiyyətə nəticə barədə məlumat verməlidir. Xüsusən Fətullayevlə adını çəkdiyi vəzifəli şəxslərin həbsxanada görüşməsi, ona sövdələşmə təklif etməsi ən ciddi şəkildə dəqiqləşdirilməlidir. Təkrar edirəm ki, nəticələr ictimaiyyətə açıqlanmalıdır”. Hakimiyyətyönlü deputat Zahid Oruc da istənilən ittihamlarla bağlı araşdırma aparılmalı olduğunu vurğuladı: “Hazırda fərqli situasiya var. Biz azadlıqda, Eynulla Fətullayev isə həbsdədir. Bunun üçün bizim dediklərimizi də bu kontekstdən dəyərləndirəcəklər. Qeyri-bərabər durumdur. Bu şəxsin belə məlumatları vardısa, zamanında mümkün idi ki, bu məsələ ilə bağlı ən müxtəlif addımlar atsınlar. Belə çıxır ki, insanlar öz bilgilərini, dövlət sirri olan məlumatları yalnız məhbəsə gedəndən sonra ictimailəşdirməyi gərəkli sayır. Sanki öz həbsinə beynəlxalq, regional, daxili planda diqqəti cəlb etmək üçün bu cür rezonans doğuran mövqelərdən istifadə etməyə çalışırlar. Əli İnsanovun məhbəs müxalifətçiliyi nə idisə, indi də Fətullayevin timsalında verilən bəyanatlar o təsiri bağışlayır. Belə bəyanatlarla adının müxtəlif təşkilatların hesabatlarına düşməsini, bunun əsasında həbsinin siyasiləşməsini və müxtəlif beynəlxalq təmsilçilərin vasitəsilə dövlət rəhbərliyi ilə danışıqlarda adının keçməsini təmin etməyə çalışır. Vaxtilə Eynulla Fətullayev Fərhad Əliyev və başqalarını bu məsələdə suçlamışdı. Onun fikirləri birmənalı qarşılanmamışdı. Amma hüquq-mühafizə orqanları istənilən bir ittihamı, ehtimalı və şübhəni yoxlamalıdır”. Baş Prokurorluğun mətbuat xidmətindən E.Fətullayevin ittihamlarına hər hansı münasibət bildirilmədi. DİN mətbuat xidmətindən Ehsan Zahidov isə dedi ki, bir neçə gün öncə MTN-in ictimaiyyətlə əlaqələr mərkəzi E.Fətullayevin bəyanatına münasibət bildirib. Ona görə də əlavə şərhə ehtiyac duymuruq. Xatırladaq ki, MTN-in ictimaiyyətlə əlaqələr mərkəzi Fətullayevin iddialarının həqiqət olmadığını demişdi. E.QƏDİMOV 766 dəfə baxılıb
|
[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB [12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI [11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI [10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI [10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA [10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB [10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ [10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK [09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI? [08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR” [07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ [07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR” [07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR [07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ [05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR [05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU [02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ [02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ [02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”... ARXIV
|