13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

RƏSMİ QƏZETLƏRƏ ZORLA ABUNƏ KÜTLƏVİLƏŞİR

2010-03-14

Redaktorlar faktı inkar edir, Mətbuat Şurasının sədri bu haqda eşitmədiyini deyir, hüquqşünas isə bunu qanun pozuntusu sayır

İstər rayonlardan, istərsə də paytaxtdan rəsmi qəzetlərə zorla abunə yazılması barədə vaxtaşırı “Yeni Müsavat” qəzetinin ünvanına şikayətlər gəlir. Büdcə təşkilatlarında çalışanlar, tibb işçiləri, müəllimlər, hətta mənzil-istismar sahələrinin (MİS) işçiləri əsas şikayətçilər sırasındadır. Onların sözlərinə görə, qəzetlərə abunə haqqı onların əmək haqqından tutulur və etiraz edənlər isə müxtəlif təzyiqlərə məruz qalır. Əhaliyə zorla abunə yazdırılan qəzetlərin arasında daha çox “Azərbaycan”, “Yeni Azərbaycan” və “Xalq” qəzetlərinin adları çəkilir.

“Abunə könüllülük prinsipinə əsasən aparılmalıdır”

“Yeni Azərbaycan” qəzetinin redaktoru Nadir Azəri “Yeni Müsavat”a açıqlamasında bildirib ki, onların qəzetinə abunə yazılışı ötən illə müqayisədə bir qədər artıb: “Bu il 6 min nəfərə yaxın abunəçimiz var”. O, vətəndaşların qəzetlərə zorla abunə yazdırılmasının yolverilməz olduğunu dedi. Redaktorun sözlərinə görə, abunə könüllülük prinsipinə əsasən aparılmalıdır. Qeyd edək ki, “Yeni Azərbaycan” qəzetinin tirajı 6 mindən bir qədər çoxdur, qəzetin qiyməti isə 40 qəpikdir.

Süpürgəçinin rəsmi qəzetə ehtiyacı varmı?

“Azərbaycan” qəzetinin reklam şöbəsindən Bəxtiyar Əzizli də qeyd edir ki, qəzetlərinə abunə yazılanlar ötən illə müqayisədə xeyli çoxalıb. Səkkiz mindən artıq tirajı olan qəzetin 6 minə yaxın abunəçisi var. “Azərbaycan” qəzetinə əhalinin abunə yazılmağa məcbur edilməsinə gəldikdə isə, B.Əzizli bildirir ki, “Azərbaycan” qəzeti dövlət qəzeti olduğundan, dövlət qurumlarında işləyənlər işlərini qurmaq üçün avtomatik olaraq bu qəzeti almalıdır: “Rəsmi bəyanatlar, sərəncamlar, fərman və qanunlar bu qəzetdə dərc edilir. Bu səbəbdən qəzetə abunə yazılmaq vacibdir. Burada yazılanları oxumaq, təbliğ etmək lazımdır. Azərbaycanda hər bir dövlət təşkilatında çalışanın stolunun üstündə bu qəzet olmalıdır”.
Vidadi Lətifov isə “Azərbaycan” qəzetinə zorla abunə yazdırılması ilə heç cür razılaşa bilmir: “JEK-də işləyirəm, beş nəfərlik ailəm 82 manatlıq maaşıma göz dikib. Mənim bu qəzetə nə ehtiyacım var axı?”

Zorla abunə olunanlar məhkəməyə müraciət edə bilərlər

Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı isə deyir ki, vətəndaş istəməsə, qəzetə abunə üçün pul verməyə bilər: “Ən azından, vətəndaşın hüququ var ki, qəzeti almasın”. Hüquqşünasın sözlərinə görə, qəzetlərə abunə məqsədilə vətəndaşın əmək haqqından zorla pul tutulursa, onun məhkəməyə müraciət etmək hüququ da var: “Vətəndaş məhkəməyə müraciət edə bilər. İnsanlar sadəcə hüquqlarından istifadə etməyə qorxurlar”.

Mətbuat Şurası isə baş verənlərdən xəbərsizdir

Məsələyə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşovun da mövqeyini öyrəndik. O dedi ki, rəsmi dövlət qəzetlərinə vətəndaşların zorla abunə edilməsi barədə qurumda heç bir məlumat yoxdur. “İndiyədək belə faktla qarşılaşmamışam, bundan mənim də xəbərim yoxdur, şuraya da vətəndaşlar tərəfindən hər hansı şikayət göndərilməyib”. Bununla belə, MŞ sədri vurğulayır ki, qəzetlərə zorla abunə yazdırılması qanunsuzdur. Ə.Amaşov martın 16-da MŞ-nın qəzetlərin yayım və abunə məsələləri ilə bağlı keçirəcəyi dəyirmi masada bu məsələnin də gündəmə gətiriləcəyini və müzakirə ediləcəyini istisna etmədi.

R.RƏFİYEVA

684 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

[02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008