12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

REDAKTORLAR, QARABAĞ SAVAŞINA HAZIRSINIZMI?

2010-03-14

Akif Aşırlı: “Jurnalistlər düşmənə qarşı qələmlə mübarizə aparır”
Habil Vəliyev: “Torpaqlarımızı qaytarmaq üçün əlimdən gələni etməyə hazıram”
Bəxtiyar Elcan: “Müharibə gözlənilmir”

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov bu yaxınlarda “Hərb, yoxsa sülh. Ədalətli sülhə gedən yol döyüş meydanından keçməli olacaq” adlı məqalə yazıb. “Biz müharibədə deyil, döyüşdə müvəqqəti uğursuzluğa düçar olmuşuq” yazan deputat qeyd edib ki, Qarabağ müharibəsində itirdiyimiz torpaqları hərb yolu ilə geri qaytarmağa bir millət olaraq hər birimiz borcluyuq və buna hər an hazır olmalıyıq. Ali Baş Komandanın “İrəli” əmrini gözlədiyini bildirən baş redaktor məqaləsini belə tamamlayıb: “Əmrinə müntəzirik, Ali Baş Komandanımız!”

Digər qəzet redaktorları həmkarları B.Sadıqovun fikirlərinə şərikdirmi? Bir neçə qəzet redaktoruna telefon açıb onların fikirlərini öyrəndik.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının fikrincə, əksər jurnalistlər bu gün dövlətlə birgə düşmənə qarşı siyasətdə dövlətin xarici siyasətinə şərikdir və qələmlə mübarizə aparırlar: “Əgər torpaqların sülhlə geri qaytarılması mümkündürsə, təbii ki, buna müsbət yanaşmaq və təqdir etmək lazımdır. Lakin onu da demək lazımdır ki, bir neçə il ərzində danışıqlarda heç bir müsbət nəticə əldə olunmayıb. Yox, əgər Bəxtiyar müəllimin dediyi kimi, torpaqlarımızın xilası üçün müharibə çağırışı lazımdırsa, əlbəttə, Azərbaycan jurnalistləri də bu sırada olmalıdır. Ən azı ona görə ki, bu torpaq iqtidar, müxalifət, fərqli düşüncə sahibi olan insanlarımız qarışıq hamımızındır və hamımız da bu torpaq uğrunda şəhid olmağı bacarmalıyıq. Övladlarımıza belə bir problemi qoyub getməməliyik. Düşmənlə mübarizə aparmaq Azərbaycan dövlətinin xarici siyasətidirsə, bu dövlətlə yanaşı ən böyük mübarizəyə qatılan elə Azərbaycan jurnalistləridir. 90-cı illərdə jurnalistlərdən ibarət batalyon yaradılması təşəbbüsü vardı və əksər jurnalistlər də bunu dəstəkləyirdi. Biz bu gün qarşı tərəflə informasiya müharibəsindəyik, bu müharibədə də heç vaxt geri çəkilməmişik. Onsuz da düşmənlə qələmlə döyüşürük, silahla da döyüşə hazırıq”.
“Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev Qarabağ savaşı başlasa, ön sırada olacağını bildirdi: “Mən Bəxtiyar Sadıqovun yazılarını oxumuram ki, ona da fikir bildirəm. Amma Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlər yenidən başlansa, Qarabağ əlili kimi bu döyüşlərdə iştirak edən öncüllərdən birincisi olaram. Əgər belə bir əmr olsa, torpaqlarımızı geri almaq üçün əlimdən gələni edəcəyəm”.
Həmkarının təklifinin xüsusi əhəmiyyət kəsb etmədiyini deyən “Mərkəz” qəzetinin redaktoru Bəxtiyar Elcan isə döyüşə müntəzir jurnalistlərdən olduğunu bildirdi: “Bəxtiyar Sadıqov nə məqsədlə bu sözü deyib, onun müharibə mövzusuna şəxsi baxışı necədir, bilmirəm. Amma ümumilikdə müharibə elə məsələdir ki, gələndə özü ilə bir döyüş ruhu, tam başqa atmosfer gətirir. Müharibə mövzusu mətbuatda dəfələrlə müzakirə olunub və Sadıqovun dediyi yeni şey deyil. Bu məsələdə dövlət başçısı yəqin ən yaxşısını bilir. Ali Baş Komandan əmr versə də, verməsə də, mən döyüşə getməyə hazıram. Əminəm ki, jurnalistlərin də böyük bir qismi Qarabağ savaşına müntəzirdir. Amma hazırda belə hadisənin baş verməsi gözlənilən deyil. Bunu Azərbaycana qarşı sərgilənən mövqe də sübut edir. Bütün bunlar göstərir ki, qarşı tərəf daha çox vaxt udub, Azərbaycandan daha çox qoparmaq istəyir”.

S.HİLALQIZI

687 dəfə baxılıb

Xəbəri paylaş

[11.02.2012] - SÖZÇÜNÜ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

[02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008