 |
Media
GÖRÜM QANINI ZƏLİ İÇSİN... 2010-03-17 Tanınmış həkim Seyfəddin Əsəd zəli ilə müalicəni əsrimizin möcüzəsi sayır
|
Zəli ilə müalicə üsulu çox qədim zamanlardan tətbiq olunur. Zəlidən tibbi məqsədlər üçün əsrlərdir ki, istifadə olunur. Amma onun müasir təbabətdə geniş tətbiqi yalnız son 100 ilin hadisəsidir. Zəlinin təbabətə gəlməsi ilə tibdə yeni bir sahə - hirudoterapiya yaranıb. Zəlidən istifadə bir zamanlar xalq təbabətinin, türkəçarənin bir növü sayılsa da bu müalicə növü hazırda bir çox aparıcı klinikalardan və həkimlərdən ötrü dəyərli metoddur. Bu üsul o qədər populyarlaşıb ki, hətta zəngin və məşhur adamlar da ondan yararlanır.
Ötən saylarımızda xəbər verdiyimiz kimi, məşhur rusiyalı müğənni Nataşa Korolyova zəli müalicəsi ilə cavanlaşmaq qərarına gəlib. Yeri gəlmişkən, zəli ilə müalicə əcnəbi ulduzlar arasında da geniş yayılıb. Məsələn, Hollivud ulduzu, aktrisa Demi Mur bu “qanlı” kursu keçmək üçün hər il xüsusi olaraq Avstraliyaya gedir. Azərbaycanda isə zəli ilə müalicə edən həkimlərin sayı barmaqla sayılacaq qədər azdır. Onlardan ən məşhuru “Farmed” tibb müəssisəsidir. Tanınmış doktor Seyfəddin Əsədin baş həkim olduğu bu klinikaya yollandıq. Əvvəlcə xəstələrlə söhbət etdik. Onların hansı şikayətlərlə bura gəldiyini, müalicənin onlara necə təsir etdiyini soruşduq. Pasient Lətifə Həsənova zəli ilə müalicə kursunun təsirindən razıdır: “Mən iki aydır Seyfəddin həkimin xəstəsiyəm. Bura gələndə yüksək təzyiqdən şikayət edirdim. Zəli ilə müalicənin mənə çox xeyri oldu. İnanıram ki, müalicəni sona qədər davam etdirsəm, təzyiqim normallaşacaq”. Digər bir xəstə Natəvan Səfərova oynaqlarının ağrısından şikayətçi imiş: “Mənim qanım qatılaşırdı, oynaqlarımda güclü ağrılar, qaraciyərimdə isə çöküntü var idi. On gündür zəli ilə müalicə olunuram. Hazırda qanım durulaşıb, oynaqlarımdakı ağrılar isə keçib”. Cavad Muxtarov zəli ilə müalicədən sonra qıcolmalarının keçdiyini deyir: “Məndə qan dövranı yaxşı deyildi, qanımda qatılaşma var idi. Zəli qoydurandan sonra qanım durulaşıb. Bədənimdə qıcolmalar var idi, müalicədən sonra onlar da aradan qalxıb”. Svetlana Carçıyeva da bir aydır zəli qoydurur: “Təzyiqdən və duzdan şikayətim var idi. Bir çox həkimlərin yanına getdim, dərmanlarla müalicə edə bilmədilər, heç bir xeyri olmadı. İndi hiss edirəm ki, zəli ilə müalicə mənə çox kömək edir”. Xəstələr arasında zəlini, sadəcə, sağlamlıq üçün qoyduranlar da var. Fuad Muxtarov zəlini fəsil dəyişkənliyi ilə bağlı qoydurur: “Səhhətimdən o qədər də ciddi şikayətim yoxdur. Amma bilirəm ki, zəlinin heç nəyə ziyanı yoxdur, əksinə, xeyri var. Ona görə zəli ilə müalicə olunuram”.
73 yaşlı Tofiq Muradov oynaq ağrılarından şikayətçi imiş: “Oynaqlarımda güclü ağrılar var idi, yeriyə bilmirdim. Həkim zəli ilə müalicəni məsləhət gördü. Bir neçə gündür müalicə alıram, hiss edirəm ki, ağrılarım keçib”. Sonra Seyfəddin Əsədlə bu müalicə yolu haqda söhbətləşirik. Həkim deyir ki, zəlidən bir çox xəstəliklərin müalicəsində istifadə olunur: “Zəlidən ürək-damar xəstəliklərində, o cümlədən stenokardiya və infarkt sonrası vəziyyətlərdə, nevroloji patologiyalar zamanı istifadə olunur. Həmçinin ginekoloji xəstəliklərdə yaxşı effekt verir. Bura qaraciyər, öd kisəsi, böyrək, sidik kisəsi, dalağın xəstəlikləri də aiddir. Zəli həmçinin prostatın müalicəsində istifadə olunur. Ümumiyyətlə, zəlinin ”sevimli" işi müxtəlif növ iltihablarla bağlıdır. Zəlinin ağız suyundakı hirudin hormonu orqanizm üçün həddən ziyadə faydalıdır. O, qanı laxtalanmağa qoymur. Ağız suyunun digər komponentləri olan destabilaza yerdə qalan komponentlərlə birgə trombları əridir. Ona görə də zəli tromboflebit, babasil kimi xəstəliklərdə ilk yardım vasitəsidir. Hirustazin və eqlinlər iltihab proseslərinin qarşısını alır. Zəlini ağız suyu həm də ağrıkəsicidir". Qeyd edək ki, Seyfəddin həkim yaxın günlərdə Moskvada zəli ilə bağlı ixtisasartırma kurslarında olub. Orada olarkən hansı yeniliklər olduğunu öyrəndik: “Zəli ilə müalicədə çox böyük dəyişikliklər var. Burada olan yeniliklər zəlinin qansız və kəsilərək qoyulmasından ibarət idi. Üzdə olan dərinin çəkilməsi üçün zəli xüsusi nöqtələrə qoyulur, beləliklə də estetik əməliyyata ehtiyac qalmır. İstər bədəndə immuniteti qaldırmaq, istərsə də qan-damar sisteminin xəstəlikləri üçün zəlidən xüsusi istifadə olunur. Andrologiya, sonsuzluq, cinsi zəiflik və sinir sisteminin müalicəsində zəli ilə müalicə əhəmiyyət kəsb edir. Bəzi hallarda evdə zəli qoyulur və bu da müəyyən ağırlaşmalarla müşayiət olunur. Mən də həmin ağırlaşmaların qarşısını almağın yollarını öyrəndim. Artıq zəlinin yerinin qaşınmasının və qanaxmanın qarşısını ala bilirik. Zəli əsrimizin möcüzəsidir. Düşünürəm ki, inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da zəli tibb sahəsində geniş yayılacaq”. Xatırladaq ki, Seyfəddin Əsəd Azərbaycanda zəli ilə xəstələrini müalicə edən çox az həkimlərdən biridir.
Şahnaz NOVRUZQIZI 3486 dəfə baxılıb
|
[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI [10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI [10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA [10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB [10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ [10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK [09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI? [08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR” [07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ [07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR” [07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR [07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ [05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR [05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU [02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ [02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ [02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”... [02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ [01.02.2012] - “AZAD MEDİA ÖLÜM AYAĞINDADIR” ARXIV
|