13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

QƏNİMƏT ZAHİD ƏFVƏ DÜŞƏCƏYİNİ GÖZLƏMİR

2010-03-16

“Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin əfvlə bağlı gözləntisi yoxdur". Bu barədə dünən onunla görüşən həyat yoldaşı Ayəndə Mürsəliyeva məlumat verib. “Qənimətə əfvlə bağlı gedən müzakirələrdən danışdım. Bundan söz salanda, danışmaq istəmədiyini dedi. Onun əfvlə bağlı gözləntisi yoxdur, ona görə bu barədə danışmaq istəmir. İnanmır ki, əfv fərmanı ilə onu buraxalar”,- deyə A.Mürsəliyeva qeyd edib. Q.Zahidin həbsdən çıxmasına 1 il 8 ay qalıb.

Q. Zahidin səhhəti barədə danışan xanımı baş redaktorun ağrılarının azalmadığını qeyd edib: “Ağrılarını istisna etməklə, hər şey normaldır. Qənimətin hələ də ağrıları var. Özü də artıq danışmaq istəmir. Bilir ki, orada yüksək səviyyədə müalicəsi mümkün deyil”.
A.Mürsəliyeva Q.Zahidin boş vaxtlarında üçüncü dəfə Qurani-Kərimi oxuduğunu da söyləyib. Onun sözlərinə görə, növbəti görüş martın 22-də nəzərdə tutulsa da, ailəsi Novruz bayramına görə onunla martın 21-də görüşmək istəyir və bunun üçün müraciət edəcəklər.
Qeyd edək ki, Q.Zahidin müalicəsinə yanvarın 18-dən başlanıb. O, kəskin revmatizm ağrılarından əziyyət çəkir. Baş redaktor 2007-ci ilin noyabrında 4 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Q.Zahid 2007-ci ilin noyabrında 4 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə yüngül xəsarət yetirmə) və 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilib. 2009-cu il dekabrın 19-da isə 17 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

R.RƏFİYEVA

449 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

ARXIV

Yeni MÜSAVAT © 2008