12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

YUBİLEYDƏ ƏFV OLMADI

2010-07-23

Ekspertlər bunun gözlənilən olduğunu deyir

Məlum olduğu kimi, media cameyəsində dünənki tarixlə bağlı böyük gözləntilər vardı. Milli mətbuatın 135 illiyi ilə bağlı dövlət başçısının əfv fərmanı imzalayacağı xəbərləri həftələrdir mətbuatın müzakirə mövzusu idi. Xüsusən də “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin işi ilə bağlı Avropa Məhkəməsinin çıxardığı qərar əfv ehtimallarını artırmışdı.

Ekspertlər hesab edirdi ki, hakimiyyət E.Fətullayevi Avropa Məhkəməsinin qərarı, Avropanın basqısı ilə azadlığa buraxmaqdansa əfv fərmanı ilə, humanistlik görüntüsü yaradaraq azad edəcək. Həmin fərmanın həbsdəki bloggerlərə də şamil ediləcəyi gözlənilirdi.
Amma gözlənilənlərin əksinə olaraq, dünən çoxsaylı mükafatlara, təqdimetmə mərasimlərinə, açılışlara rəğmən bayram ovqatı üçün gərəkli olan addım atılmadı. Daha öncə əfv fərmanı veriləcəyi ilə bağlı proqnozlar yürüdən ekspertlər isə hesab edir ki, hakimiyyət xüsusən E.Fətullayev məsələsində dirəniş nümayiş etdirir. Hər şey hökumətin Avropa Məhkəməsinin qərarından Böyük Palataya şikayət göndərməsindən sonra aydınlaşacaq. Belə ki, Avropa Məhkəməsinin qərarı qüvvədə qalsa, hakimiyyət E.Fətullayevi, eləcə də bloggerləri əfv fərmanı ilə azadlığa buraxacaq. Bunun üçün ən uyğun vaxtın Ramazan bayramında olacağı da səslənən təxminlər sırasındadır.

Sevinc TELMANQIZI

481 dəfə baxılıb

Xəbəri paylaş

[11.02.2012] - SÖZÇÜNÜ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

[02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008