|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Dünən Atatürk Mərkəzində Parlament Jurnalistləri Birliyi (PJB) və Türkiyə Jurnalistlər Birliyinin (TJB) birgə təşkilatçılığı ilə “Türkiyə mətbuatı və Dağlıq Qarabağ” mövzusunda dəyirmi masa keçirildi. PJB-nin sədri Elşad Eyvazlı Türkiyə və Azərbaycanda baş verən hadisələrin hər iki ölkənin mətbuatında işıqlandırıldığını dedi: “Türkiyə mətbuatının diqqət mərkəzində olan məsələlərdən biri də Ermənistan-Azərbaycan münaqişəsidir”. TJB-nin sədri Atilla Sertel isə Azərbaycan jurnalistlərini 22 iyul - Milli Mətbuat Günü ilə bağlı təbrik etdi. O, medianın dünyanın bütün ölkələrində insanların məlumatlandırılması baxımından böyük rolunun olduğunu bildirdi: “Türkiyə mətbuatı Qarabağ məsələsini öz problemi kimi uzun illərdir işıqlandırır. Bu gün Ermənistanın Türkiyəyə də qarşı iddiaları var. Ermənilər qondarma ”soyqırımı" ilə bağlı iddialarda saxta arqumentlərlə çıxış edir. Onların qondarma “erməni soyqırımı” ilə bağlı təqdim etdiyi fotolar əslində ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi qətliamların təsviridir". Nailə RÖVŞƏNQIZI 496 dəfə baxılıb
|
[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI? [08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR” [07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ [07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR” [07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR [07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ [05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR [05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU [02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ [02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ [02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”... [02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ [01.02.2012] - “AZAD MEDİA ÖLÜM AYAĞINDADIR” [01.02.2012] - “SƏYYAR SATIŞI GÖZƏLLİK BƏHANƏSİ İLƏ ƏNGƏLLƏYİRLƏR” [31.01.2012] - “BAKI XƏBƏR” İKİ QƏZETİ “TÜRKİYƏ CASUSU” ÇIXARTDI [31.01.2012] - PİŞİK GÜNEL, ARAZ ƏLİZADƏ VƏ ANS-in OBYEKTİV QƏRƏZİ... [31.01.2012] - MAHAL İSMAYILOĞLUNA AĞIR İTKİ ÜZ VERİB [31.01.2012] - PARLAMENTDƏ “YENİ MÜSAVAT”ın MƏHKƏMƏLƏRİ İLƏ BAĞLI MƏSƏLƏ QALDIRILACAQ [28.01.2012] - “SƏRHƏDSİZ REPORTYORLAR”ın HESABATINA İKİ FƏRQLİ BAXIŞ |
| Yeni MÜSAVAT © 2008 |
|