|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
«Bu gün də bəyan edirəm ki, Adnan Hacızadənin və Emin Millinin tezliklə həbsdən çıxmasının tərəfdarıyam. Dəfələrlə bildirmişəm ki, onlar gənc və perspektivli şəxslər kimi vətənə azadlıqda daha çox xeyir verə bilərlər. Onu da yenə təkrar edirəm ki, blogerlərin jurnalist sayılması mübahisəlidir. Kiminsə özünə nə isə yaradaraq insanlar haqqında yoxlanmamış məlumatları orada yerləşdirməsini düzgün saymıram». APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov «Turan» İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevin Mətbuat Şurası barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Əflatun Amaşovun sözlərinə görə, M. Əliyevin münasibət bildirdiyi məsələlərdə növbəti yanlış məqam Azərbaycanda real surətdə fəaliyyət göstərən qəzetlərin sayı barədədir: «Yüz dəfələrlə bildirmişəm ki, qeydiyyatdan keçən KİV-lərin sayı 4000-i keçib. Fəaliyyət göstərənlərin sayı regionlarda çıxanlarla birlikdə üç yüzə yaxındır. Üç yüzün yanına daha bir sıfır əlavə etmək və bu rəqəmin səslənməsini mənim adıma bağlamaq hansı məntiqə uyğudur, məqsəd nədir? Məgər qəzetlərimizin yarıdan çoxu “reket nəşr” deyillər. Bütün bunları nəzərə almadan Mehman Əliyevin Azərbaycan jurnalistlərinin böyük əksəriyyətini hakimiyyətə satılmaqda ittiham etməsi və Mətbuat Şurasını satılmışların yaratdığı qurum kimi xarakterizə etməsi absurddur. Bu, nə həmkarlıq hissidir, nə də yoldaşlıq. Özü də bu fikir mətbuat günündə, jurnalistlərin peşə bayramında səslənir. Bu minvalla elə Mehman Əliyevin özünü də xarici qurumlara satılmaqda günahlandırmaq çətin deyil”.
940 dəfə baxılıb
|
[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI? [08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR” [07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ [07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR” [07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR [07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ [05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR [05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU [02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ [02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ [02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”... [02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ [01.02.2012] - “AZAD MEDİA ÖLÜM AYAĞINDADIR” [01.02.2012] - “SƏYYAR SATIŞI GÖZƏLLİK BƏHANƏSİ İLƏ ƏNGƏLLƏYİRLƏR” [31.01.2012] - “BAKI XƏBƏR” İKİ QƏZETİ “TÜRKİYƏ CASUSU” ÇIXARTDI [31.01.2012] - PİŞİK GÜNEL, ARAZ ƏLİZADƏ VƏ ANS-in OBYEKTİV QƏRƏZİ... [31.01.2012] - MAHAL İSMAYILOĞLUNA AĞIR İTKİ ÜZ VERİB [31.01.2012] - PARLAMENTDƏ “YENİ MÜSAVAT”ın MƏHKƏMƏLƏRİ İLƏ BAĞLI MƏSƏLƏ QALDIRILACAQ [28.01.2012] - “SƏRHƏDSİZ REPORTYORLAR”ın HESABATINA İKİ FƏRQLİ BAXIŞ |
| Yeni MÜSAVAT © 2008 |
|