 |
Media
"MEDİA AÇARI" MÜKAFATI VERİLDİ 2010-07-23
|
“Yeni Nəsil” Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi “Media açarı” mükafatları təqdim olunub. Mərasim iyulun 23-ü Bakı Əyləncə Mərkəzində keçirilib. “Media forum” saytının məlumatına görə, “Media açarı 2010” bu şəxslərə və media quruluşlarının proqramlarına verilib:
- “Azadlıq” qəzetinin əməkdaşı Ramin Deko (İlin reportyoru);
- “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov (İlin şərhcisi);
- politoloq Rasim Musabəyov, yazıçı Rüstəm İbrahimbəyov (İlin media adamı);
- RTV-nin (Xaçmaz) “Xəbər vaxtı” proqramı, “Xəzər” TV-nin “Xəzər xəbər” proqramı (İlin xəbər proqramı).
Qaliblərə diplom, “Media açarı” və qiymətli hədiyyələr təqdim olunub.
“Media açarı” mükafatı təsisçilərinin tərəfdaşı “Azerfon” şirkəti isə üç jurnalistə fərdi mükafatlar verib.
Qaliblər ekspert sorğusunun nəticələrinə əsasən müəyyənləşib. 30 ekspert medianı, 30-u siyasi dairələri və dövlət təşkilatlarını, 40-ı elm, incəsənət və QHT sferasını təmsil edib.
1997-ci ildə təsis edilmiş “Media açarı” mükafatı hər il 22 İyul Azərbaycan Jurnalistikası Günü münasibəti ilə təqdim olunur. 1015 dəfə baxılıb
|