|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
İyulun 22-də prezident İlham Əliyev mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini nəzərdə tutan sərəncam imzalayıb. Sərəncamla mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat ayrılıb. Binanın tikiləcəyi yer, zaman, mənzillərin kimlərə paylanacağı və s.suallar ilk gündən aktuallıq qazanıb. Bu detalları dəqiqləşdirmək üçün KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ilə danışdıq. O, öncə qərarla bağlı ilkin detallar barədə danışdı. - Cənab prezident elə addım atdı ki, bu bayram günündə mətbuat işçilərini sevindirdi. İlin yekunları ilə bağlı prezidentə hesabat verəndə jurnalistlərin mənzil problemini qabartmışdıq. Dünən (srağagün-S.T.) Mətbuat Şurasının ofisinin açılışında isə bu məsələ yenidən qaldırıldı. Prezident bunu araşdıracağını deyərək operativ reaksiya verdi. Görüşdən sonra mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat ayırdı. Bu qərar bizim üçün də gözlənilməz oldu. Cəmi bir neçə saatda həll edildi. - Bəs jurnalistlərin mənzillə təmin olunma mexanizmi necə olacaq? Qaydalar müəyyənləşibmi? - İndidən deyim ki, vəsaitin bölünməsi, jurnalistlərin bu pulla özlərinə ev alması kimi hal olmayacaq. Böyük ehtimalla, daha öncə də danışdığımız kimi, mətbuat şəhərciyi qurulacaq. İlk olaraq bir-iki bina tikiləcək. Sonradan güman ki, onların sayı da artacaq. İstəyirik ki, bu binalar kompakt bir yerdə olsun. Jurnalistlərin bir yerdə yaşaması yaxşı hal ola bilər. - Yer olaraq hara müəyyənləşib? Jurnalistlərə şəhərdən kənara şəhərcik qurulacağı barədə daha öncədən versiyalar vardı. - Gələn həftədən etibarən yer məsələsini həll edəcəyik. Ayrılan vəsaitə uyğun olaraq neçə bina, hər binada neçə mənzil tikiləcəyi məsələsi müəyyənləşəcək. Bu, daha sonradan bütün ictimaiyyətin, mətbuatın müzakirəsinə çıxarılacaq. Yekunları da xalqa çatdıracağıq. Komissiya müəyyənləşəcək, ona əsasən də siyahılar qiymətləndiriləcək. Sizi əmin edirəm ki, bütün digər məsələlərdə olduğu kimi burada da şəffaflıq olacaq. - Siyahı necə tərtib olunacaq? Fəxri adlarda olduğu kimi bu dəfə də ev alacaq jurnalistlər redaksiyalardan gələn siyahılar əsasında müəyyənləşəcəkmi? - O məsələ hələ dəqiqləşməyib. Verilmə mexanizmi müəyyənləşməyib. İlkin olaraq yeri tapaq, büdcəyə uyğun neçə bina, neçə ev tikiləcəyini dəqiqləşdirək, ondan sonra jurnalistlərdən gələcək təkliflər məsələsinə baxarıq. - Ən azı neçə jurnalistin evlə təmin olunacağını proqnozlaşdırırsınız? Büdcə bəlli, Azərbaycanda ev tikməyin neçəyə başa gəldiyi də bəlli. Mənzərə nəyi göstərir? - İlkin olaraq bu pula neçə kvadratmetr ev tikiləcəyini müəyyənləşdirəcəyik. Layihədən də çox şey asılıdır. Sifariş verəcəyik, bizə layihə nümunələri verəcəklər. Bilirsiniz ki, hər binanın fərqli layihəsi var. Bütün hallarda çalışacağıq ki, bu işdən daha çox jurnalist yararlansın, ev problemi həll olunsun. Evlər tam sıfırdan tikiləcək. Podratçı şirkətlə danışandan sonra bütün detalları biləcəyik. - 5 milyon manat bir bina üçün az deyilmi? Bunun davamı gələcəkmi? - Bu, ilkin addımdır. Bu günə qədər mətbuat tarixində belə şey olmayıb. Digər ölkələrin təcrübəsində də bu hal yaşanmayıb. 5 milyon manat isə bina tikintisi üçün kiçik məbləğ sayılmır. Ümid edirik ki, bu addımın davamı da gələr və cənab prezident bütün evsiz jurnalistlərin mənzil probleminin həlli üçün lazımi sərəncamlar verər. S.TELMANQIZI 571 dəfə baxılıb
|
[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI? [08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR” [07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ [07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR” [07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR [07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ [05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR [05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU [02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ [02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ [02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”... [02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ [01.02.2012] - “AZAD MEDİA ÖLÜM AYAĞINDADIR” [01.02.2012] - “SƏYYAR SATIŞI GÖZƏLLİK BƏHANƏSİ İLƏ ƏNGƏLLƏYİRLƏR” [31.01.2012] - “BAKI XƏBƏR” İKİ QƏZETİ “TÜRKİYƏ CASUSU” ÇIXARTDI [31.01.2012] - PİŞİK GÜNEL, ARAZ ƏLİZADƏ VƏ ANS-in OBYEKTİV QƏRƏZİ... [31.01.2012] - MAHAL İSMAYILOĞLUNA AĞIR İTKİ ÜZ VERİB [31.01.2012] - PARLAMENTDƏ “YENİ MÜSAVAT”ın MƏHKƏMƏLƏRİ İLƏ BAĞLI MƏSƏLƏ QALDIRILACAQ [28.01.2012] - “SƏRHƏDSİZ REPORTYORLAR”ın HESABATINA İKİ FƏRQLİ BAXIŞ |
| Yeni MÜSAVAT © 2008 |
|