 |
Media
JURNALİSTLƏR PREZİDENTİN MƏTBUATA MÜNASİBƏTİNİ TƏQDİR EDİR 2010-07-24
|
Azərbaycan milli mətbuatının 135 illiyi ilə bağlı prezident tərəfindən təltif olunan jurnalistlər dövlət başçısının yubiley münasibətilə imzaladığı sərəncamları yüksək qiymətləndirib (APA). “Əməkdar incəsənət işçisi” adı almış “525-ci qəzet”in redaktoru Yaşar Əliyev bütün jurnalistlər kimi son sərəncamlara münasibətinin müsbət olduğunu deyib. O, burada jurnalistlərin mənzil probleminin həlli ilə bağlı məsələnin xüsusi qeyd olunmasına ehtiyac görür: “Mətbuat Şurasının sədri Əflatun Amaşov bu məsələyə baxmağı günorta xahiş etmişdi, axşam artıq prezidentin fərmanı var idi. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev məsələnin müsbət həll olunduğunu və əməli işə keçdiyini bildirdi. Bu, çox müsbət və gözlənilməz idi. Azərbaycanda ən kasıb təbəqələrdən biri jurnalistlərdir. Onlar çox cüzi əmək haqqına bu ağır işdə işləyir. Bu gün jurnalistin öz vəsaiti ilə mənzil problemini həll etməsi qeyri-mümkündür. Jurnalist yeyib-içməsə, aldığı əmək haqqı ilə özünə 100 ilə bir otaqlı ev ala bilər. Bu mənada jurnalistlərə mütləq dövlət qayğısı olmalıdır. Bu məsələ deyəsən öz həllini tapmaq üzrədir”. APA-nın baş direktoru Vüsalə Mahirqızı bildirib ki, bu sərəncamlar arasında jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş, onların güzəştli şərtlərlə ev ala bilməsinə şərait yaradacaq sərəncam xüsusi qeyd edilməlidir: “Ən başlıcası prezident mətbuata zərər vuran, onun nüfuzunun aşağı düşməsində mühüm amil olan reket mətbuatla mübarizə, "Diffamasiya haqqında" qanunun qəbul olunması ilə bağlı öz dəstəyini nümayiş etdirdi. Dövlət başçısı reklam bazarı, jurnalistlərin sosial müdafiəsi ilə bağlı fikirlərini bildirdi və bununla bağlı Mətbuat Şurasından yeni təkliflər gözlədiyini dedi. Bəzi həmkarlarımızın Mətbuat Şurasına belə qınağı var ki, biz problemləri demirik, danışmırıq. Amma problemlər danışmaq yox, həll etmək üçündür. Təklifim budur ki, qarşıdakı 5 ildə mətbuatın müstəqil biznes sahəsinə çevrilməsinə çalışaq". “Tərəqqi” medalı almış “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli prezidentin imzaladığı sərəncamları mətbuatın inkişafına səbəb olacaq addımlar sayır. “Tərəqqi” medalı almış “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov deyib ki, prezident jurnalistləri doğrudan da sevindirib: “Jurnalistlərin əksəriyyətinin mənzil problemi var və onlar kirayədə yaşayır”. “Əməkdar mədəniyyət işçisi” fəxri adı almış Tofiq Abdin və “Tərəqqi” medalı almış “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də bu sərəncamları müsbət qiymətləndirib. “Əməkdar jurnalist” fəxri adı alan BDU-nun jurnalistika fakültəsinin müəllimi Nəsir Əhmədli bildirib ki, o, jurnalistlərin mənzil probleminin həlli ilə bağlı ayrılan 5 milyon manatın daha böyük olmasını istəyir: “İstəyirəm ki, heç bir jurnalist evsiz qalmasın. Əgər jurnalistlərin ev şəraiti düzələcəksə, müəyyən dövlət yardımı alacaqlarsa, o zaman bu sərəncamlar mətbuatın inkişafına böyük kömək edəcək. Bu gün bizim mətbuatın əsas problemi iqtisadi problemdir. İqtisadi problem həll olunandan sonra qalan məsələlər də həll ediləcək”. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan mətbuatında artıq yeni mərhələ başlayıb. Bu vaxta qədər mətbuata müəyyən yardımların olduğunu deyən Ə.Amaşov 2008-ci ildə KİV-ə dövlət dəstəyi konsepsiyası qəbul olunandan sonra dövlətin öz iqtisadi gücünü artırdıqca mətbuata yardımları intensivləşdirdiyini vurğulayıb: “Uzun onilliklər boyu evsiz qalan, bu problemi tez-tez müzakirəyə çıxaran və bu vaxta qədər heç nə əldə etməyən jurnalistlər üçün yeni əhval-ruhiyyə gətirdi”. SEVİNC 579 dəfə baxılıb
|
[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB [12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI [11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI [10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI [10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA [10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB [10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ [10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK [09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI? [08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR” [07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ [07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR” [07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR [07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ [05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR [05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU [02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ [02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ [02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”... ARXIV
|