12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

5 MİLYONA 450 MƏNZİL TİKMƏK OLAR

2010-07-25

Jurnalistlər arasında mənzillə təmin olunacaqlarına inananlar da var, inanmayanlar da

Xəbər verildiyi kimi, iyulun 22-də prezident İlham Əliyev mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini nəzərdə tutan sərəncam imzalayıb. Sərəncamla mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb.

KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, hansı mətbuat işçilərinə mənzil verilib-verilməməsi təkliflər əsasında müəyyənləşəcək. O, gələn həftə mənzillər üçün təklif olunan torpaq ərazilərinə baxış keçirəcəklərini bildirib.
“Bizim yol” qəzeti “Əmək Bazarı İştirakçıları” İctmai Birliyinin sədri Ramil Osmanova istinadən bildirir ki, əgər vəsait səmərəli formada xərclənərsə, ən azı 400 jurnalist evlə təmin oluna bilər: “Vəsait səmərəli xərclənərsə, 5 milyon manatla bir 16 mərtəbəli iki bloklu bina tikmək olar. Hər blokda 200 jurnalist üçün ev düşə bilər. Beləliklə, 400 jurnalistin evlə təmin olunması mümkündür”. R.Qasımov qeyd edib ki, həmin binanın dövlət başçısının xüsusi sərəncamı əsasında tikiləcəyi nəzərə alınsa, o zaman daha çox vəsait qənaət ediləcək: “Yəni tikən şirkətin başqa dövlət qurumlarına əlavə "haqqı" çıxmayacaq. Əsas problemlər dövlət qurumlarından alınan sənədlərdə yaranır. Bunu isə prezident birbaşa tapşırıb, ona görə də, çətinliklər olmayacaq. Belə olan təqdirdə, normalda 450-yə yaxın jurnalist mənzil sahibi ola bilər".
Evsiz jurnalistlər də qeyd edilən layihə barədə danışıblar. “Azadlıq” qəzetinin müxbiri Natiq Güləhmədoğlu jurnalistlər üçün tikiləcək evdən pay almaq arzusundadır: “Mənim işlədiyim kollektivdə çalışanların əksəriyyəti evsiz cavanlardır. Bəziləri ailəlidir, mənim kimi uşaqları da var, amma ev ala bilməyiblər. Bəziləri isə evsizlik ucbatından ailə qura bilmirlər. Ümumiyyətlə, bu məsələ çox ciddidir. Mənim üçün çox ağırdır ki, sağlam ola-ola, işləməyimə də baxmayaraq, ev ala bilmirəm. Hələ bu gedişlə 10-15 ildən sonra da mənzil almağım mənə xəyal kimi gəlir. Düzü, mənzil sahibi ola biləcəyimə dair ümidlərim də yoxdur. Azərbaycan hökumətinin əl qoyduğu işin ədalətli olacağına isə inamım yoxdur. Ona  görə də 5 milyon manatdan mənə də pay düşəcəyinə inanmıram”.
“Xalq Cəbhəsi” qəzetinin müxbiri Müşfiq Abdulla mənzillərin evsizlərə paylanma mexanizminin olmamasından narahatçılığını dilə gətirib: “Mənə ev verilməsini istəyirəm. Amma evlərin ədalətli paylanacağına inanmıram. Çünki onun evsizlərə paylanma mexanizmi yoxdur”.
Hazırda Bakı Dövlət Universitetinin yataqxanasında yaşayan, iki övlad atası olan əməkdaşımız Etibar Seyidağa əmindir ki, ayrılan vəsait ədalətli bölünəcək: “Belə olacağı halda o mənzillərdən biri məhz mənə verilməlidir. Çünki on ilə yaxındır ki, mətbuatdayam, hazırda da ölkənin ən oxunaqlı, ən tirajlı qəzetinin əməkdaşıyam. Eyni zamanda Kəlbəcər rayonundan məcburi köçkünəm və 1995-ci ildən ailəmlə birlikdə heç bir şəraiti olmayan tələbə yataqxanasında məskunlaşmışam. İnanıram ki, dövlət başçısı tərəfindən atılan bu addımı məmurlar layiqincə davam etdirəcəklər”.
Pirşağıda köhnə pansionatların birində məskunlaşan Zəngilandan olan məcburi köçkün, qəzetimizin redaktoru Zabil Müqabiloğlu da neçə illərdir evsizliyin əziyyətini çəkənlərdəndir: “Belə bir qərarın verilməsi müsbət addımdır. Amma daha yaxşı olardı ki, mətbuatın, qəzetlərin öz imkanlarını genişləndirməsinə şərait yaradılsın. Biz də öz əməyimizin nəticəsi olaraq mənzil sahibi olaq. Hər bir halda ümid edirəm ki, ayrılan vəsait həqiqətən də jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəldiləcək və biz də bu imkandan yararlanacağıq”.

Xəbər xidməti

1852 dəfə baxılıb

Xəbəri paylaş

[11.02.2012] - SÖZÇÜNÜ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

[02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008