 |
Media
İLHAM ƏLİYEV ÇAP MEDİASININ REKLAM PROBLEMİNİ HƏLL EDƏCƏKMİ? 2010-07-27 Rauf Arifoğlu: “Bizə doğru atılan addımları təqdir edirəm” Mehman Əliyev: “Bu vaxta qədər qeyri-leqal maliyyələşdirdikləri KİV-i bundan sonra leqal maliyyələşdirəcəklər”
|
Xəbər verdiyimiz kimi, dövlət başçısı İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışı zamanı medianın problemləri ilə bağlı xeyli fikirlər səsləndirib. Onlardan ən önəmlisi isə heç şübhəsiz ki, yazılı KİV-in reklam bazarı ilə bağlı deyilənlərdir.
İ.Əliyev öncə Azərbaycanda reklam bazarının hələ ki o qədər də böyük olmadığını bildirib: “Ancaq söylədiyiniz rəqəmlər göstərir ki, burada bölgü ədalətsiz aparılır. Əgər 40 milyonun ancaq 2 milyonu yazılı mediaya verilirsə, əlbəttə ki, bu, dözülməz haldır. Mən çalışacağam ki, bu məsələ ilə bağlı müəyyən addımlar atılsın. Dövlət tərəfindən müəyyən tövsiyələr veriləcək”. Maraqlıdır, media kapitanları illərdir səsləndirdikləri və çıxış yolları axtardıqları problemin həllində işıq ucu görürlərmi? İ.Əliyevin bu çıxışı tezliklə çap mediasına reklam axınını təşkil edə bilərmi?
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirdi ki, prezidentin bu cür çıxışı onun problemdən incəliyinə qədər xəbərdar olduğunu göstərir. Müsahibimizin sözlərinə görə, məsələ məhz bu cürdür - yazılı media reklam piroqundan heç bir pay ala bilmir: “Baxmayaraq ki, yazılı medianın ictimai rəyə və reklam auditoriyasına təsir etmək imkanları heç də az deyil. Sadəcə burada müəyyən siyasi çalarlar da var. Məhz prezidentin bu cür çıxışından sonra həmin siyasi çalarlar aradan qalxarsa, hakimiyyət yazılı medianın tənqidi sektoruna da reklamın verilməsinə etiraz etməzsə, durum əhəmiyyətli şəkildə dəyişə bilər”. R.Arifoğlu dünya qəzetçiliyi ilə müqayisə apararaq bildirdi ki, xaricdə qəzetlərin məsrəflərinin 80 faizdən yuxarısı reklam gəlirləri ilə həllini tapır. Onun bildirdiyinə görə, Azərbaycanda bunun tam tərsi olduğundan, qəzetlər maddi cəhətdən çox böyük çətinliklər yaşayırlar: “Prezidentin məsələyə müdaxilə etməsi bu durumu əhəmiyyətli, birmənalı şəkildə düzəldərdi. Biz belə bir müdaxiləni çox arzulayırıq”. Bu arada baş redaktora son dövrlər ölkə xaricində olduğu üçün mətbuatın 135 illik yubileyi ilə bağlı dövlətin və hakimiyyətin mətbuata doğru atdığı addımlara reaksiya bildirə bilmədiyini xatırlatdıq. R.Arifoğlu fürsətdən istifadə edib, bu barədə də danışdı: “Mən bu addımları müsbət qiymətləndirirəm. Həmkarlarıma da təklif edirəm ki, belə addımları yarıda saxlamamaq naminə, hətta ən tənqidçiləri, maksimalistləri belə ümumi medianın maraqları naminə bir az dözümlü yanaşsınlar. Və nəzərə alsınlar ki, bizim üçün və medianın gələcəyi üçün hakimiyyətin xoş məramı onun pis məramından, dəyənəyindən daha yaxşıdır. Əks halda, bu cür davam etsə və hakimiyyət Azərbaycan mediası ilə fəaliyyətini bundan əvvəlki kimi sürdürsə, biz yaxın illərdə mövcudluğumuzu itirə bilərik. Yaxud da media bazarına ya Türkiyə, ya Rusiya, ya yəhudi sərmayəsinin girməsi ilə Azərbaycanda müstəqil qəzetlərin birmənalı şəkildə özünü satması prosesi gerçəkləşə bilər. Bundansa hakimiyyətlə müəyyən şərtlər əsasında anlaşma daha məqsədə müvafiqdir”. Yuxarıda dediklərini təcrübəli media meneceri kimi öz baxışları adlandıran R.Arifoğlu hesab edir ki, hakimiyyətin mediaya doğru atacağı addımlar bizim üçün həm də vəziyyətdən çıxış yoludur: “Hökumətin müstəqil medianı qəbul edərək, onu sayaraq atdığı addımları yarıda dayandırmamaq və onu küsdürməmək lazımdır. Bilirsiniz ki, hakimiyyətimiz bizim sözdən tez küsür. Bu baxımdan da bir az ehtiyatlı davranmaq lazımdır”.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə İ.Əliyevin sözügedən çıxışından müsbət heç nə gözləmir. Müsahibimiz bildirdi ki, bu günə qədər öz mediasını qeyri-leqal şəkildə maliyyələşdirən hakimiyyət bundan sonra bu işin leqal yollarını axtaracaq: “Bu məsələlər ilk növbədə ədalətli rəqabət əsasında həll edilməlidir. Kim bacarıqlıdırsa, ayaq üstə qalmalıdır. Bunu isə ayrı-ayrı fərdlər yox, bazar müəyyənləşdirməlidir. Mən bilirəm ki, ”Azərsun", “Gilan Holdinq” şirkətləri bir neçə qəzeti maliyyələşdirir. Halbuki normal reklam bazarı satışı yüksək olan qəzetlərə reklam verməlidir. Məsələn, gündə 30-50 nüsxə satılan qəzetin hansı biznes maraqları ilə maliyyələşdirilməsi mənim üçün maraqlıdır. Bu, bütün dünyada belədir ki, çox satılan qəzet reklam almalıdır". M.Əliyev bildirdi ki, əgər bu gün hakimiyyət reklam bazarını leqallaşdırsa, müstəqil media yaranacaq. Onun sözlərinə görə, neçə illərdir, mətbuatın maddi dayaqlarını məhv etməyə çalışan hakimiyyətin isə buna imkan yaradacağı şübhəlidir: “Onların bu siyasətdən imtina edəcəkləri gözlənilən deyil. Nəhayət ki, İlham Əliyev də öz çıxışında bizim illərdir dediyimiz statistikanı təkrarlayaraq Azərbaycanda 30 gündəlik, 100 həftəlik qəzet olduğunu deyib. Halbuki həmin qəzetlərin də 99 faizi öz-özlərini maliyyələşdirə bilmirlər. Gündə 30, ayda 1000 nüsxəsi satılan qəzet ayda satışdan 100 manat gəlir əldə edir. Bu qəzetin özünü dolandırmasından söhbət gedə bilərmi?” “Turan”ın direktoru hesab edir ki, İ.Əliyevin bu çıxışı da Ramiz Mehdiyevin telekanallar barədə tənqidi fikirləri kimi nəticəsiz qalacaq. Onun sözlərinə görə, yerli telekanallar sözügedən tənqiddən sonra düzəlmədiyi kimi, çap mediasının reklam problemi də bu çıxışdan sonra yaxşılığa doğru dəyişməyəcək: “Biz KİV-ə Dövlət Dəstəyi Fonduna bu problemlə bağlı təkliflərimizi yollamışıq. Həmin təkliflərə görə, mediada gücü olan işləyəcək, işləyə bilməyən isə sıradan çıxacaq. Məsələn, indi baxıram ki, çox adama əməkdar jurnalist adı veriblər. Orada elə adamlar mükafat alıblar ki, onların yanında dayanmaq şəxsən mənim şəxsiyyətimə təhqir olardı. Ona görə də hesab edirəm ki, demokratik sistem olmalıdır. Onda belə problemlər də qalmayacaq”. Xəbər xidməti 668 dəfə baxılıb
|
[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB [12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI [11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI [10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI [10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA [10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB [10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ [10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK [09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI? [08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR” [07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ [07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR” [07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR [07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ [05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR [05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU [02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ [02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ [02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”... ARXIV
|