13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

AVROPA KOMİSSİYASI JURNALİSTLƏR ÜÇÜN MÜSABİQƏ ELAN EDİB

2010-07-28

Ən yaxşı jurnalist işləri 60 min avro məbləğində mükafat alacaq

Avropa Komissiyası jurnalistlər üçün müsabiqə elan edib. Qalib gələn 17 jurnalist Avropa Komissiyasının fəxri qonağı olacaq və onlar Belçikaya dəvət ediləcəklər. Qaliblərə mükafatlar veriləcək. Ən yaxşı jurnalist yazısına görə 60 min avro mükafat nəzərdə tutulur.

Mövzular ifadə və mətbuat azadlığı ilə bağlı olacaq. Komissiyanın açıqlamasında qeyd edilir ki, jurnalistlər  həm də insan haqlarının müdafiəçisi olduğundan həmişə hədəfdə olurlar.
Avropa Komissiyasının təsis etdiyi Lorenzo Natali mükafatı Afrika, Ərəb ölkələri və Orta Şərq, Asiya və Sakit okean, Avropa, Latın Amerikası və Karib regionlarının media  jurnalistlərinin üzünə açıqdır. Jurnalistlər 2009-cu il iyulun 1-dən,  2010 iyunun 30-dək söz və media azadlığı, insan haqları və demokratiya mövzusunda nəşr olunan yazılarını quruma göndərə bilər.
2008-ci ildən Lorenzo Natali  mükafatı radio və televiziya jurnalistlərinə də açıqdır. Müraciətlərin və sənədlərin qəbulu avqustun 31-i başa çatır.
Sonda qeyd edək ki, mükafat 1985-1989-cu illərdə Avropa Komissiyasının vitse-prezidenti Lorenzo Natalinin adına təsis edilib.
Ətraflı məlumatı www.nataliprize2010.eu saytından əldə edə bilərsiniz. Tələb olunan sənədlərin elektron versiyalarını bu saytdan yükləmək mümkündür.

Leyla İLQAR

410 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

ARXIV

Yeni MÜSAVAT © 2008