06 sentyabr 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

EYNULLA FƏTULLAYEV MƏHKƏMƏ QƏRARINI GÖZLƏYİR

Atası baş redaktorla görüşüb

Dünən Emin Fətullayev “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, oğlu Eynulla Fətullayevlə saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində görüşüb. Bu barədə bizə açıqlamasında E.Fətullayev məlumat verdi. Müsahibimizin sözlərinə görə, baş redaktorun səhhəti normaldır, heç nədən xüsusi şikayət etməyib. E.Fətullayev bildirdi ki, oğlu hazırda məhkəmələrdən xəbər gözləyir: “Bilirsiniz ki, biz hazırda ancaq gözləməklə məşğuluq. Görək Yuxarı Palatadan nə cavab gələcək. Bundan başqa, son məhkəmə qərarından da şikayət verilib. Onun nəticəsindən də çox şey asılıdır”.

Müsahibimiz söylədi ki, baş redaktorla daha çox məhkəmə işləri və ümumi məişət məsələləri ilə bağlı danışıblar. Onun sözlərinə görə, baş redaktor mətbuatın 135 illik yubileyi ilə bağlı keçirilən tədbirlər, verilən mükafatlar, adlarla bağlı heç nə danışmayıb: “Ümumiyyətlə, mən bu mövzunu açmadım. O da buna toxunmadı. Hiss etdim ki, onunçün ürəkaçan mövzu deyil”.
E.Fətullayev həmçinin oğlunun həbsinə səbəb olmuş Tatyana Çaladze adlı “jurnalist”in fəxri ad alması məsələsinə də toxundu. Onun sözlərinə görə, artıq bu məsələnin heç bir rəyə, şərhə ehtiyacı yoxdur: “Fakt göz qabağındadır. Kimin nə vaxt, niyə mükafatlandırılması məlum məsələdir. Biz danışmaqdan yorulduq, bunlar haqsızlıq etməkdən yorulmadılar”.

Sevinc TELMANQIZI

106 dəfə baxılıb

[05.09.2010] - “AZƏRBAYCAN” ZİYA MƏMMƏDOVDAN ƏL ÇƏKMİR

[05.09.2010] - 600 MİLYARDDAN BİZİM MƏTBUATA NƏ DÜŞƏ BİLƏR?

[05.09.2010] - “YENİ AZƏRBAYCAN” MÜXALİFƏTƏ VƏ ATALARIMIZA QARŞI...

[05.09.2010] - QƏZETLƏRİMİZİ TÜRK QƏZETLƏRİNƏ OXŞADACAQLAR

[04.09.2010] - ABŞ SƏFİRLİYİNİN MƏTBUAT KATİBİ "YENİ MÜSAVAT"da OLDU

[04.09.2010] - PREZİDENT APARATI BİNASINI ÇƏKMƏK NİYƏ QADAĞANDIR?

[04.09.2010] - HƏRBDƏN YAZAN JURNALİSTLƏR ÜÇÜN LAYİHƏ

[04.09.2010] - “QADIN KONSENSUS MƏRKƏZİ” JURNALİSTLƏRİ MÜKAFATLANDIRDI

[04.09.2010] - DAHA ÜÇ QƏZETİN ADI “QARA SİYAHI”ya SALINA BİLƏR

[03.09.2010] - SEÇKİ İLİNDƏ MƏTBUATI YENƏ TƏHLÜKƏLƏR GÖZLƏYİR?

[03.09.2010] - TELEKANALLARIN DA REKLAM BAZASI GENİŞLƏNDİRİLƏCƏK

[02.09.2010] - JURNALİSTLƏRİN PEŞƏ DAVRANIŞI QAYDALARI YENƏ MÜZAKİRƏ OLUNDU

[02.09.2010] - SAKİT, DƏNİZ MƏNZƏRƏLİ, FASİLƏSİZ İŞIQ, QAZ, SU...

[01.09.2010] - QARA PİAR ARTIB

[01.09.2010] - JURNALİSTLƏRİN BİNASININ TƏMƏLİ DEKABRDA QOYULACAQ

[01.09.2010] - JURNALİSTLƏR TƏZYİQƏ MƏRUZ QALDILAR

[01.09.2010] - “REKET” QƏZET YAP-ın BALANSINDA OLAN BİNADA YERLƏŞİR

[01.09.2010] - JURNALİSTLƏRİN PEŞƏ DAVRANIŞ QAYDALARI BARƏDƏ NÖVBƏTİ MÜZAKİRƏ KEÇİRİLƏCƏK

[31.08.2010] - PENİTENSİAR XİDMƏT KÖYNƏK QALMAQALINA MÜNASİBƏT BİLDİRDİ

[31.08.2010] - QRANT MÜSABİQƏSİNİN QALİBLƏRİ AÇIQLANDI

ARXIV

Yeni MÜSAVAT © 2008