 |
Media
QƏZETLƏR 20 MİN MANATI NECƏ XƏRCLƏYƏCƏK? 2010-07-28 Ələsgər Süleymanov: “Biz bu məbləği əməkdaşlarımıza, mərhum həmkarımızın ailəsinə və texniki xərclərə yönəldəcəyik” Qənimət Zahid: “Vəsaitin 50 faizi redaksiya kollektivi arasında bölünəcək”
|
Xəbər verdiyimiz kimi, dövlət başçısı İlham Əliyevin Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar imzaladığı sərəncamlardan biri ilə 32 qəzet redaksiyasının hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə isə 10 min manat birdəfəlik maliyyə yardımı ayrılıb. Maraqlıdır, KİV rəhbərləri bu vəsaiti necə xərcləyəcəklər? Sözügedən vəsaitdən jurnalistlərə pay düşəcəkmi? “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov bildirdi ki, sözügedən vəsait büdcədən ayrıldığı üçün hazırda Maliyyə Nazirliyində müəyyən sənədləşmələr aparılır. Müsahibimiz artıq müvafiq sənədləri nazirliyə təqdim etdiklərini dedi. Onun sözlərinə görə, bu günlərdə vəsait qəzetin hesabına köçürüləcək: “Vəsaitin necə sərf olunacağına gəlincə isə ötən ilki qaydaya riayət edəcəyik. Vəsaitin bir qismi redaksiya əməkdaşları arasında bölünəcək. Bir qismi mərhum həmkarımız Alim Kazımlının ailəsinə çatdırılacaq. Bir qismi redaksiyanın texniki təchizatına, nəşriyyat, çap xərclərinə yönəldiləcək”.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid isə xatırlatdı ki, nizamnamədə də ayrılan vəsaitin 50 faizinin redaksiya kollektivi arasında paylanması ilə bağlı bənd var. Onun sözlərinə görə, kollektivdən başqa, redaksiyanın texniki təchizatının gücləndirilməsi də nəzərdə tutulan planlar sırasındadır: “Amma ilk növbədə çalışacağıq ki, vəsaitin 50 faizi kollektiv arasında paylansın”. “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev redaksiyanın xərclərinin çox olduğunu bildirdi. Onun sözlərinə görə, Azərbaycanda bütün populyar qəzetlərin maddi-texniki problemləri var: “Biz bu məbləği qəzetin maddi-texniki bazasının gücləndirilməsi və jurnalistlərin sosial durumunun düzəldilməsinə sərf edəcəyik. Hər iki istiqamətə eyni dərəcədə dəstək verməyə çalışacağıq”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə modern.az saytına açıqlamasında deyib ki, son dövrlərdə bütün qəzetlərin maliyyə problemləri var: “Bizim qəzetin də maliyyə vəziyyəti heç də yaxşı deyil, borclarımız var, hətta ”Azərbaycan" nəşriyyatı bizə xəbərdarlıq da göndərib. Təbii ki, ayrılan vəsaitdən borcların ödənməsi, jurnalistlərə əmək haqqından əlavə, mükafatların verilməsi də nəzərdə tutulub. Bundan əlavə, saytımızı yeniləməyi də düşünürük". A.Aşırlı hesab edir ki, qəzetlərə və agentliklərə ayrılan bu vəsait qəzetlərin ayaqda durması üçün çox önəmlidir: “Amma qəzetlərin kökündən dəyişməsi bu vəsaitlə mümkün deyil. İnkişaf üçün ilk növbədə reklam bazarındakı inhisarçılığa son qoyulmalı, qəzetlər rayonlarda da əlyetərli hala gətirilməli, mövcud qəzet köşklərinin sayı artırılmalıdır. Bu problemlər həll olmayınca, qəzetlərin köklü inkişafından söz gedə bilməz”. “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də ayrılan vəsaitlə ümumiyyətlə, kompleks tədbirlər görüləcəyini planlaşdırıldığını deyir: “Bura həm sosial problemlərin həlli, həm də maddi-texniki bazanın gücləndirilməsi daxildir”. “Ekspress” qəzetinin redaktoru Qalib İbrahimoğlu əvvəlki yardımlarda olduğu kimi, bu dəfə də ədalətli bölgü prinsipini əsas tutacaqlarını deyib: “Digər redaksiyalara nisbətdə biz yardım məsələsində hesab edirəm ki, daha ədalətli davranırıq. Belə ki, sıravi əməkdaşdan tutmuş redaksiyanın müxbirlərinə kimi hər kəsə yardımdan pay düşəcək”. Sevinc TELMANQIZI 368 dəfə baxılıb
|
[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI [11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI [10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI [10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA [10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB [10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ [10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK [09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI? [08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR” [07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ [07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR” [07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR [07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ [05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR [05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU [02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ [02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ [02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”... [02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ ARXIV
|