|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Yeni Azərbaycan” qəzetinin dünənki sayında Azərbaycan mediasının durumu ilə bağlı “təhlil” yazısı yer alıb. “ABŞ-da jurnalistlər, hətta, toy mərasimini çəkdiklərinə görə həbs olunurlar” başlıqlı məqalədə Azərbaycanın dünyaya söz və fikir azadlığının təminatı, mətbuata dövlət qayğısı ilə bağlı yeni model təklif etməsi barədə fikirlər yer alıb. Məqalə müəllifi qeyd edib ki, “özünü dünyaya ”ən məqbul təcrübə" kimi təqdim etməyi bacarmış qüvvələr maraqları naminə demokratiyanın ali prinsiplərindən təzyiq vasitəsi kimi istifadə edir, mənfi presedent formalaşdırırlar". Belə qüvvələrdən birinin ABŞ olduğunu yazan müəllif sözügedən ölkədə ABŞ-ın keçmiş prezidenti Bill Klinton və onun həyat yoldaşı, hazırkı dövlət katibi Hillari Klintonun qızları Çelsi Klintonun iyulun 31-də biznesmen Mark Mezvinsklə nikah mərasimindən çəkiliş aparmaq istəyən iki norveçli jurnalistin həbsini xatırladıb. Yazıda bu, Amerikanın ikili standartlarla işləməsi adlandırılıb: “Əgər bu hadisə Azərbaycanda baş versəydi, artıq bu gün Avropanın və okeanın o tayında qərar tutmuş təşkilatlar Azərbaycan hakimiyyətini demokratik dəyərlərin düşməni adlandıracaqdılar. Amma Azərbaycan hakimiyyətinin mətbuatı ictimai-siyasi həyatın bir hissəsi sayaraq, onun inkişafı üçün bu günə qədər hansı mühüm qərarlar qəbul etməsini görməzdən gələcəkdilər”. Sevinc TELMANQIZI 432 dəfə baxılıb
|
[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB [12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI [11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI [10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI [10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA [10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB [10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ [10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK [09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI? [08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR” [07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ [07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR” [07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR [07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ [05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR [05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU [02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ [02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ [02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”... |
| Yeni MÜSAVAT © 2008 |
|