13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

AĞ EVİN ŞƏKLİNİ ÇƏKƏNLƏRİ DÖYMÜRLƏR...

2010-07-29

Milli mətbuat günündən üç gün keçmədi ki, hakimiyyət adamları bizi sevindirdilər. Dövlət büdcəsindən qəzetimizə ayrılmış paradan reportyorumuz Elmin Bədəlova düşən hissə onun müalicəsinə, özünə gəlməsinə gedəcək.

Onu bu hala dövlət iyerarxiyasında mühüm yer tutan adamın yan-yörəsindəki adamlar salıblar. Onlar reportyorumuzu dövlət adından döyüblər ”“ özlərinin general olduğunu deyərək, onu həbs edəcəklərini bildirərək.

Əslində, böyük biabırçılıqdır. Hansısa mühafizə dəstəsinin üzvlərinə insanları (günahlı, günahsız ”“ fərqi yoxdur) döymək, onlara işgəncə vermək hüququ verilirmi? Birmənalı olaraq, yox.

Bu, o deməkdir ki, iyulun 28-də Mərdəkanda Ziya Məmmədovun villasında cinayət baş verib, reportyorları döyüblər, azadlıqlarını məhdudlaşdırıb, qanunsuz olaraq həbs ediblər. Bu, insan oğurluğuna tən gələn cinayətdir. Bir başqası, sadə bir adam bu cür eləsə, canını hüquq-mühafizə orqanlarının əlindən qurtara bilməz.

Bəs görək nazirin qoçularına nə deyəcəklər, bu cinayəti necə sənədləşdirəcəklər?

Reportyorlarımızı nazirin zindanından xilas edən şəxs, Ziya Məmmədovun qohumu olduğu bildirilən adam deyirmiş ki, nə yaxşı gəldim, yoxsa bunlar sizi öldürə bilərdilər.

“Öldürə bilərdilər”. Sanki söhbət, lətifəsi döyülən jurnalistlərə dəyməsin, yiyəsiz çöl heyvanından gedir.

Nazir-oliqarxların özlərini qanunun fövqündə hiss etdikləri barədə çox yazılıb. Bunu bilməyən yoxdur. Ancaq məlum olur ki, onların cangüdənləri, mühafizəçiləri də özlərini artıq qanunun üstündə hiss edirlər. Lazım gəlsə, onlar adam da öldürə bilərlər.

Əslində cüssəcə arıq olan reportyorumuz 1 sentner çəkisi olan mühafizəçilərin əlində ölüb-qala da bilərmiş. Başı asfalta çırpılan insanlar bəzən müqavimət göstərməyib ölürlər. Belə olsa, yəqin ki, bu cinayəti də sənədləşdirə, adını ya intihar, ya da təsadüfi qəza qoya bilərdilər.

Nəyə görə bu ölkədə məmurların iş yerlərinin, evlərinin şəklini çəkmək olmaz? Tutaq ki, hökumət binaları dövlət obyektidir, bəs şəxsi evlər nədir?

Ümumiyyətlə, bu qayda-qanun daha çox totalitar, avtoritar rejimli dövlətlərdədir. Demokratik ölkələrdə hər kəs xoşuna gələn yerlərin, binaların, küçələrin şəklini çəkə bilər.
İki ay öncə bir qrup jurnalist Amerikada olarkən Ağ Evin qarşısında oturub xeyli şəkil çəkdirdik. Bizdən geridə prezident Obamanın yaşadığı və işlədiyi bina idi. O bina ilə bizi dəmir barmaqlıqlar və 50-60 metr məsafə ayırırdı. Ərazidə növbə çəkən polismen fotoaparatlarını şaqqaşaq işlədən turistlərə, məktəblilərə, yerli adamlara bir kəlmə də demirdi.

İşə bax, Azərbaycandan basa-basa gedib Obamanın evinin şəklini çəkmək olar, amma Ziya Məmmədovun villasının şəklini çəkmək olmaz. Nəyə görə? Sən Obamadan böyük, mühüm adamsan?

Əlbəttə, bu xoşagəlməz olaydan çıxış edərək bütövlükdə hakimiyyətin ali mənsəbli şəxslərini ittiham etmək mümkün deyil - xüsusilə də hakimiyyət-mətbuat münasibətlərinin normallaşmağa başladığı bir vaxtda. Hakimiyyəti onda qınamaq olar ki, bu cür adamlara hüdudsuz səlahiyyətlər verib, onlar bu səlahiyyətlərdən istifadə edərək intəhasız sərvətlər toplayıblar, özlərinə ərəb şeyxlərindən, əmirlərindən də artıq cah-cəlal düzəldiblər və onun xalqdan gizli qalmasını təmin etməyə çalışırlar. Bundan ötrü onlar əllərinin altında çoxlu fərraşlar saxlayırlar. Qollarındakı əzələlərə güvənən bu şəxslər, əksəriyyəti “a” ilə “t”-ni bir-birindən seçməyən bu adamlar isə şeflərini padşah sayırlar.

İlham Əliyev və Prezident Administrasiyası bu cür harınlamış, gözü ayağının altını görməyən, gündə bir pis sorağı çıxan adamların cilovunu dartmalı, onları yerində oturtmalı, qanunların üstündən endirib, altına salmalıdır.

Yoxsa bu xəmir çox su aparacaq. O cür harınlamış məmurların orda-burda problem yaratması üzündən ölkəmizin adı “jurnalistlərin təqib edildiyi ölkələr”in sırasından çıxmayacaq.

Paradoksa baxın, dövlət rəhbərliyinin mətbuata qarşı atdığı parlaq addımların yaratdığı haləni üç cangüdən yeddi şillə-təpik, yumruqla partlatdı.

Onlar cəzasız qalmamalıdır.

1424 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

ARXIV

Yeni MÜSAVAT © 2008