12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

EVSİZ JURNALİSTLƏRİN SİYAHISI NECƏ HAZIRLANACAQ?

2010-08-28

Mehman Əliyev: “Redaksiyada qapalı sorğu keçirmək olar”
Azər Əhmədov: “Bu məsələni daxili iclasda müzakirəyə çıxaracağıq”
Aydın Quliyev: “Evsiz jurnalist fərdi şəkildə fonda müraciət etməlidir”

Qəzetimizin ötən sayında xəbər vermişdik ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu evsiz jurnalistlər üçün tikiləcək binanın yerini müəyyənləşdirib. Bayıl qəsəbəsində, 50 sot torpaq sahəsində ilk mərhələdə bir, növbəti illərdə maliyyə ayrılarsa, daha üç binanın tikilməsi nəzərdə tutulur. Xatırladaq ki, fond ilk olaraq bir bloklu, 16 mərtəbəli, hər mərtəbəsində 4-5 mənzil olan binanın tikilməsini planlaşdırır.

Təxminən 70-80 mənzilin jurnalistlərə hansı qayda, seçim əsasında paylanacağı isə hələlik dəqiqləşməyib. Fondun icraçı direktoru Vüqar Səfərli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, binanın tikintisinə start veriləndən sonra qaydalar müəyyənləşəcək. İlkin açıqlamalara görə, bu zaman redaksiyalardan gələn rəylər də nəzərə alınacaq.
Maraqlıdır, bəs redaksiyalar evsiz jurnalistlər arasında seçim edərkən hansı kriteriyaları əsas götürəcəklər? Siyahıya düşəcək jurnalistlərin sayı məhdud olacağından hamını razı salan seçim etmək çətin olmayacaq? Bu, redaksiya daxilində intriqa, soyuq ab-havaya əsas yaratmayacaq? Bu suallarla bir neçə redaktora müraciət etdik.
Mehman Əliyev“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, əslində evsiz jurnalistlərin problemini bu qaydada həll etmək doğru deyil. Onun sözlərinə görə, jurnalistlərə 30 illik güzəştli kreditlərlə ev verilməsi daha doğrudur. Bu halda jurnalist ayda 100 manat kredit ödəməklə bu problemini həll edə bilər: “İndiki varianta qalanda isə fond gərək əvvəlcə monitorinq aparaydı. Öyrənəydi ki, real qəzetlərin jurnalistləri arasında nə qədər jurnalistin mənzilə ehtiyacı var. Siyahı bəlli olandan sonra müzakirələr aparıb, ortaya sanballı nəticə qoymaq olardı”.
O ki qaldı evsiz jurnalistlərin siyahısını müəyyənləşdirərkən, “Turan”ın tutacağı mövqeyə, M.Əliyev bildirdi ki, seçim iki mərhələ nəticəsində müəyyənləşməlidir. Onun sözlərinə görə, ilk növbədə evsiz jurnalistlər öz vəziyyətlərini, evə ehtiyacı olmalarını əsaslandırmalıdırlar: “Redaksiyada evə iddialı olanların siyahısı müəyyənləşəndən sonra qapalı sorğu keçirilməliidir ki, ev konkret kimə daha çox lazımdır”.
M.Əliyev hesab edir ki, ümumiyyətlə, bu ev məsələsi mediada qeyri-sağlam bir mühit, pərakəndəlik yaradacaq. Onun sözlərinə görə, sivil cəmiyyətlərdə jurnalistlər kreditlə ev sahibi ola bilir. Müsahibimiz Azərbaycanda hətta normal qazanan jurnalistin belə bu hüquqdan məhrum olunduğunu dedi: “Çünki həmin jurnalist ayda 600-700 manat qazansa da, sənəddə onun məvacibi 100-150 manat göstərilir. Kredit verəndə isə iş yerindən arayış istəyir, məvacibin durumu ilə maraqlanırlar. 150 manat maaş alan jurnalistə kim ev verər?”
Azər Əhmədov“Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov isə bildirdi ki, təmsil etdiyi qəzetdə cəmi iki nəfərin şəxsi evi var - özünün və baş redaktor Qənimət Zahidin. Hər ikisinin “Azadlıq” qəzeti nəşr olunana qədər ev sahibi olduqlarını xatırladan müsahibimiz hazırda redaksiya kollektivində redaktordan, texniki işçidən tutmuş jurnalistlərə qədər hər kəsin evsiz olduğunu dedi: “Hələ bilinmir ki, hər redaksiyaya konkret neçə ev veriləcək. Bu zaman qəzetin nüfuzu, yaşı, iqtidar-müxalifyönlü olması nəzərə alınacaqmı? O ki qaldı bizim bu seçimi necə gerçəkləşdirəcəyimizə, məncə, bu, AXCP-Müsavat birliyinin 11 dairədən namizəd müəyyənləşdirməsi qədər çətin olacaq”.
A.Əhmədov seçim edərkən jurnalistlərin staj baxımdan qəzetdəki rolu, yerinin əhəmiyyət daşıyacağını dedi. Müsahibimiz bu məsələnin redaksiya daxilində konflikt yaradacağına inanmır: “Biz adətən bu sayaq məsələləri redaksiya daxili yığıncaqda həll edirik. Yəqin ki, bu dəfə də redaksiyanın bir neçə dəfə iclası çağırılacaq. Ümumi konsensus əsasında qərarımızı verəcəyik. Arzu edək ki, bu layihə davam etsin. Növbəti dəfə də daha 80 jurnalistə ev verilsin”.
Aydın Quliyev“Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirdi ki, hələlik redaksiyalardan hansı formada təqdimat istənildiyi bəlli deyil. Müsahibimiz təklif edir ki, bu təşəbbüs evsiz jurnalistlərin özləri tərəfindən olsun: “Yəni, evə iddialı olan jurnalist fərdi şəkildə sənədini fonda təqdim etsin, fondda da bu məsələ şəffaf şəkildə müzakirə olunaraq qərar verilsin”.
A.Quliyev hesab edir ki, siyahı redaksiya tərəfindən tərtib olunsa, redaksiyalarda ciddi problemlər yarana bilər.

Sevinc TELMANQIZI

470 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

[02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008