 |
Media
“JURNALISTİKAYA GƏLƏN PULLARIN ŞƏFFAFLIĞINI TƏMİN EDƏCƏYİK” 2010-08-29 Əflatun Amaşov: “Mətbuatın iqtisadi gücünü artırmaq üçün radikal addımlar atacağıq”
|
Xəbər verdiyimiz kimi, Mətbuat Şurası (MŞ) son olaraq daha 4 qəzetin adını “qara siyahı”ya saldı. Bundan başqa, qəzetlərə reklam verilməsi ilə bağlı dövlət başçısı İlham Əliyevin məlum çıxışından sonra sözügedən qurum tərəfindən müəyyən hazırlıq tədbirləri görüldü. MŞ sədri Əflatun Amaşovla söhbətimizdə son yeniliklər barədə məlumat aldıq. Müsahibimiz öncə bildirdi ki, hazırda rəhbəri olduğu qurum bir neçə istiqamətdə iş aparır. Onun sözlərinə görə, ilk addım olaraq, “Diffamasiya haqqında” qanunun qəbulu ilə bağlı müəyyən işlər gedir. MŞ sədri bu istiqamətdə ATƏT-lə birgə iş apardıqlarını, gələn həftə dəyirmi masa təşkil edəcəklərini dedi: “Sentyabrın 6-da isə mətbuatın özünütənzimləməsi ilə bağlı tədbir keçiriləcək. Əsas məqsəd ”Diffamasiya haqqında" qanunun qəbulunun tezləşdirilməsidir. Bu istiqamətdə daxil olan bütün təklifləri müzakirə edirik". Ə.Amaşov növbəti istiqamətin mətbuatın iqtisadi durumunun yaxşılaşdırılması ilə bağlı olduğunu söylədi. MŞ sədri artıq təkliflər üzərində işlədiklərini dedi. Onun sözlərinə görə, mətbuata dövlət tərəfindən yardımı tənqid edənlərin dünya təcrübəsi ilə tanış olması məsləhətdir. Müsahibimiz Şərqi Avropada müstəqil mətbuatın formalaşmasında dövlət dəstəyinin mühüm rol oynadığını yada saldı: “Təkliflərdən biri redaksiyaların çəkdiyi xərcləri - arenda, elektrik, digər kommunal xidmətlərin pulunu daha aşağı qiymətlərlə hesablayıb, onlara bu sahədə güzəştlər etməkdir. Bundan başqa, istərdik ki, reklam verənləri həvəsləndirmək üçün müəyyən güzəştlər də tətbiq edək. Reklam xərclərinin məhsulun maya dəyərinə salınması, habelə bəzi iqtisadi güzəştlər bura aiddir”. MŞ sədri dedi ki, mətbuatın əlavə dəyər vergisindən azad olunması da tətbiq olunacaq güzəştlər sırasında ola bilər. Müsahibimiz bəzi ölkə medialarının təcrübəsində yaşanmış güzəştləri araşdırdıqdan sonra oxşar modellər tətbiq edəcəklərini vurğuladı: “Biz istəyirik ki, radikal, ciddi güzəştlər tətbiq olunsun. Qəzetlərin çapı, satışı sahəsində irəliləyişlərə nail olaq. Mətbuatın iqtisadi gücünü artırmaq üçün radikal addımlar atacağıq”. Ə.Amaşov həmçinin jurnalistika təhsili ilə bağlı məsələdə də müəyyən işlər görüləcəyini bildirdi. Onun sözlərinə görə, hazırda bu sahə üzrə təhsil alan tələbələr arasında təsadüfi şəkildə sözügedən fakültəyə qəbul olunanlar var: “Tutaq ki, balı çatıb və jurnalistika fakültəsinə düşüb. Amma onun qabiliyyət imtahanından da keçməsi yaxşı olardı. Bu halda ortaya daha istedadlı jurnalist kadrların çıxması mümkündür. Bundan başqa, jurnalistlərin peşəkarlığının artırılması üçün də işlər görüləcək. Tezliklə çoxlu dil bilən jurnalistlərin olmasını istəyirik”. MŞ sədri “reket” nəşrlərin aşkarlanması ilə bağlı aparılan işlərin gücləndirilməsinə də diqqət çəkdi. Müsahibimiz bununla jurnalistikaya gələn pulların şəffaflığını təmin etmək məqsədi güddüklərini dedi: “Jurnalistikaya pulların haradan gəlməsi, sifarişli yazıların mənbəyi bu yolla öyrənilə bilər. Biz reket qəzetlərin son siyahısını artıq yaymışıq, əlaqədar qurumlar da, nəşriyyatlar da bundan xəbərdardır. Hesab edirəm ki, tezliklə müvafiq tədbirlər görüləcək”. Ə.Amaşov “qara piar”la bağlı son tədbirdən sonra bu sahədə müsbət irəliləyiş olduğunu dedi. Onun sözlərinə görə, qəzetlər artıq daha diqqətli və həssas davranırlar, “qara piar” halları azalıb. Müsahibimiz dövlət başçısı İlham Əliyevin qəzetlərə reklam verilməsi ilə bağlı son çıxışından sonra bu sahədə irəliləyiş olub-olmaması ilə bağlı məsələyə də toxundu. Onun sözlərinə görə, adətən yay aylarında reklam az olur və bu, təbiidir. MŞ sədri müəyyən tədbirlər keçiriləndən sonra bu sahədəki boşluğun doldurulacağına inanır: “Bütün bu kompleks tədbirlərin, yardımların məqsədi mətbuatın maddi-texniki bazasının güclənməsinə, onun müstəqilləşməsinə nail olmaqdır”. Sevinc TELMANQIZI 735 dəfə baxılıb
|
[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB [12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI [11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI [10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI [10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA [10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB [10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ [10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK [09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI? [08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR” [07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ [07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR” [07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR [07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ [05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR [05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU [02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ [02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ [02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”... ARXIV
|