13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

DÖYÜLƏN JURNALİSTLƏRİN İFADƏLƏRİ TƏHRİF OLUNUB

2010-08-30

Zərərçəkənlərin sözləri kontekstdən çıxarılıb, yalançı şahid ifadələrinə isə gen-bol yer verilib

“Yeni Müsavat” qəzetinin reportyoru Elmin Bədəlovun və “Milli yol” qəzetinin əməkdaşı Anar Əliyevin (Gəraylı) nəqliyyat naziri Ziya Məmmədovun imarətinin qarşısında vəhşicəsinə döyülməsi ilə bağlı polis araşdırması ilə bağlı yekun qərar zərərçəkənlərin əlinə çatıb. Döyülən jurnalistlər isə onların ifadələrinin bu qərarda təhrif olunaraq kontekstdən çıxarıldığını deyirlər.

Qərarda bildirilir: “Anar Əliyev izahatında bağ evinin giriş qapısında şəkil çəkərkən ora gələn şəxslər tərəfindən döyülmədiyini, gözətçi otağına aparılandan sonra onlara bir neçə sillə vurulduğunu bildirib. 28.07.2010-cu il tarixdə bağ evinin həyətində olarkən bir nəfər tanımadığı şəxsin həyətin dəmir giriş qapısının üstünə çıxıb bağ evinin fotoşəklini çəkdiyini görüb və onun bağ evindən oğurluq etməyə hazırlaşmasından şübhələnərək ondan qapının üstündən düşməsini tələb etmək üçün yaxınlaşdıqda onların iki nəfər olmasını görüb. Bu zaman onların qapının üstündən onu görərək yerə tullandığının, bu zaman hətta yıxıldıqlarının şahidi olub, buna fikir vermədən onların nə məqsədlə gəldiklərini aydınlaşdırmaq istədikdə sonuncular ona saymazyana münasibət göstəriblər. Arif Musayev bu vaxt kiminsə tərəfindən Elmin Bədəlova və Anar Əliyevə heç bir zor tətbiq edilmədiyini, xəsarət yetirilmədiyini, sonradan özlərinin reportyor olduqlarını bildirən həmin şəxslərin hündür darvazanın üstündən yerə tullanarkən xəsarət ala bilmələrini qeyd edib, buna orada olan digər şəxslərin də şahid olduqlarını bildirib, Bədəlov və Əliyevin ona, ev sahibinə və orada olan digər şahidlərə şər-böhtan atdığını göstərib.
Araşdırma zamanı hadisənin şahidləri olmuş Şəfiyev Zəfər Zöhrab oğlu, Heydərov Sabir Məhəmməd oğlu, Həşimov Laçın Oqtay oğlu, Mirzəzadə Pərviz Asif oğlu və Ələsgərov Emil Rəfail oğlu öz izahatlarında Musayev Arif Balağa oğlunun izahatında qeyd olunanları təsdiqləyiblər. Elmin və Anarla birlikdə həmin əraziyə gedən taksi sürücüsü Məmmədov Mirzə İdman oğlu və onların uşaqlıq dostları olan Hacıyev Anar Akif oğlu orada E.Bədəlova və A.Əliyevə qarşı heç kəsin zor tətbiq etmədiyini deyiblər".
Qərar barədə açıqlama verən Elmin Bədəlov işin saxtalaşdırıldığını deyir: “İfadələrimiz qərarda təhrif olunaraq kontekstdən çıxarılıb. Orada yazılır ki, jurnalistlərdən biri hasara çıxıb, amma ikisi yıxılıb. Bu necə olur, bir nəfər hasara çıxır, amma iki nəfər yıxılır? Heç ekspertiza rəyini və ifadələrimizi də bizə təqdim etmədilər. Halbuki işlə tanış olmaq bizim haqqımızdır. Bizə ”sizinlə birgə hadisə yerinə baxış keçirəcəyik" desələr də bizi çağırmadılar. Yalan ifadələr əsasında belə uydurma qərar hazırlayıblar. Jurnalistə zor tətbiq edilməsə, o, çəkdiyi fotoların silinməsinə razı olmaz".
“Xəzər Rayon Polis İdarəsində verdiyim izahat işi araşdıranlar tərəfindən ciddi təhrif olunub”. Bunu isə iyulun 28-də DRES qəsəbəsində nəqliyyat naziri Z.Məmmədova məxsus olduğu iddia edilən villanın mühafizəçiləri tərəfindən vəhşicəsinə döyülən A.Əliyev (Gəraylı) deyib. O bildirib ki, BŞBPİ-nin rəis müavini Yaşar Əliyevin “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna ünvanladığı məktubdan aydın olduğu kimi, işin araşdırılması tamamilə qeyri-ciddi aparılıb və təhqiqat zamanı bir çox məsələlər hüquq-mühafizə orqanları tərəfindən təhrif edilib: “İşi araşdıran baş təhqiqatçının hazırladığı qərarda kifayət qədər təhrif var. Onlar izahatda göstərdiyim fikirlərimi kontekstdən çıxararaq özlərinə sərf edəcək şəkildə yazıb. Qərarda yazılıb ki, guya mən öz izahatımda bildirmişəm ki, bağ evinin şəklini çəkərkən qapının ağzına gələn şəxslər tərəfindən döyülməmişəm, lakin sonradan gözətçi otağına aparıldığımızda bir-iki sillə vurublar. Bəyan edirəm ki, qərarda mənə aid olduğu iddia edilən bu fikirlər tam uydurmadı, izahatımda belə ifadələr işlətməmişəm. İzahatımda xüsusi vurğulamışam ki, bizi darvazanın qarşısında şəkil çəkərkən şillə-təpiklə maşına basıblar, sonra da eyni prosesi aparıldığımız nəzarət otağında davam etdiriblər”.
A.Gəraylı bildirib ki, qərarın həddən artıq qeyri-peşəkarlıqla hazırlandığı ilk baxışda görünür və iddia edildiyi kimi, E.Bədəlovla onun izahatlarında deyil, jurnalistləri döyən Arif Musayevlə işi araşdıran baş təhqiqatçının uydurma izahatlarında ciddi təzadlar var. İşin araşdırılmasına diqqət edəndə nə qədər uydurma arqumentlər əsasında qərar çıxarıldığı aydın görünür.
Media Hüququ İnstitutunun hüquqşünası Fariz Namazlı da işin düzgün araşdırılmadığını deyir: “Qərarda ziddiyyətli məqamlar çoxdur. Ekspertizanın verdiyi rəyə görə, jurnalistin üzərindəki bir neçə xəsarətin bir dəfə yıxılmaqla baş verməsi absurd məsələdir. Ümumiyyətlə, qərar özü qanunsuzdur. Buna görə də ərazi üzrə məhkəməyə şikayət hazırlayacağıq. Onlar jurnalistlərin xəsarət almasına qanuni don geyindirmək üçün belə bir absurd qərar hazırlayıb. Jurnalistlərin isə ifadəsinin təhrif olunması cinayət işinin rədd olunması üçün hazırlanmış planın bir hissəsidir. Heç jurnalistləri də təhqiqat materialları ilə tanış etməyiblər, onlarla birgə hadisə yerində araşdırma aparılmayıb. Heç bəlkə o şahidlər də hadisə vaxtı ərazidə olmayıblar”.
Qərarla tanış olan qəzetimizin hüquqşünası Vaqif Hüseyn araşdırmanın düzgün aparılmadığını deyir: “Polislər döyülən jurnalistlərlə birgə hadisə yerinə baxış keçirməyiblər. Təhqiqat yalnız şahid ifadələri əsasında hazırlanıb. Hadisənin yeri, şəraiti müəyyən edilməli, iştirakçıların özləri ilə ərazidə araşdırma aparmalı idi. Bunlar ciddi prosessual hüquq pozuntusudur. Jurnalistin fotoaparatının yaddaş kartının çıxarılması onun birbaşa peşə fəaliyyətinə müdaxilədir”.
Qəzetimizin baş redaktoru R.Arifoğlu isə bildirdi ki, bu cavab redaksiyanı qane etmir: “Biz işə dair hüquqi təqiblərimizi və yazışmalarımızı davam etdirəcəyik. Böyük ehtimalla məsələ məhkəməyə qədər gedib çıxacaq. Avropa İnsan Haqları Məhkəməsi instansiyasında olsa da biz jurnalistlərin haqlarını bərpa edəcəyik”.

E.QƏDİMOV

2451 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

ARXIV

Yeni MÜSAVAT © 2008