12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

CENTLMEN SAZİŞİ İLƏ... “QARA PİAR”

2010-08-30

İqtidar qəzetləri hər gün müxalifət liderlərini tənqid və təhqir edir, onları vətənə xəyanətdə suçlayır

Hakimiyyət qəzetləri mövzu tapıb. Hər gün “qara piar”dan yazırlar. Həm də iddia edirlər ki, müxalifət və müstəqil yönümlü qəzetlər bu işlə məşğuldurlar. Əslində isə iqtidar qəzetlərindəki “qara piar” mövzusuna həsr olunmuş hər bir yazı özü-özlüyündə tipik “qara piar” nümunəsidir. Müxalifətin liderlərini, təqdirçi olmayan qəzetləri, yazarları, müstəqil medianın mövzu seçimini hədəfə götürən, aşağılayan, təhqir edən bu cür yazılar daha çox “Yeni Azərbaycan” qəzetində dərc olunur. Bu da o deməkdir ki, hazırda ölkədə “qara piar” kampaniyasının başında hakim partiyanın hansısa funksionerləri durur. Onlar müxalif və müstəqil medianın tənqidlərinin qisasını almaq üçün təşkilatın qəzetini, içi baş redaktor daxil, əməlli-başlı istifadə edirlər.

Mətbuat Şurasında “KİV-də ”qara piar": media seçkilərə necə gedir?" mövzusunda keçirilən dəyirmi masada “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu maraqlı bir təşəbbüslə çıxış etmişdi. “Redaktorlar mətbuatda ”qara piar" aparmayacağına dair centlmen razılaşması imzalasınlar; Mətbuat Şurası isə bütün ölkə mediasına bununla bağlı müraciət etsin". Bu gözəl təklifin ardınca, elə həmin günün səhəri “Yeni Azərbaycan” qəzetində “qara piar”a start verildi. Hələ də dayanmır. “Çentlmen sazişi” imzalayacağı iki qəzetə - “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə təhqirlər yağdırmaqla başlayan kampaniya hazırda “Gündəlik Azərbaycan” və “Realını Azerbaydjan” qəzetlərinin həbsdəki baş redaktoru Eynulla Fətullayevi müdafiə etdikləri səbəbindən müxalifət liderlərinə, funksionerlərinə qarşı davam etdirilir.
Centlmen baş redaktorun rəhbərlik etdiyi qəzetin 6-cı səhifəsində hər gün Eynulla Fətullayev və müxalifətin 4 tanınan ismi eyni mətn və şəkillə ermənilərlə dost olmaqda suçlanır, təhqir olunur. “Bu, Eynulla Fətullayevdir! Azərbaycanın düşmənləri ilə birlikdə”, - başlığı altında həbsdəki baş redaktorun Ermənistandan reportaj hazırlayarkən çəkdirdiyi şəkillər yerləşdirilib. Onun yanında isə “Bu da Eynulla Fətullayevi dəstəkləyənlər”, - başlığa altında Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Liberal Partiyanın lideri Lalə Şövkət və “Azərbaycan Naminə” İctimai Forumunun prezidenti Eldar Namazovun şəkilləri verilib. Müxalifət liderlərini düşmənlə dostluqda suçlamaq, onları aşağılamaq Yeni Azərbaycanlıların nəzərində “qara piar” deyil, amma bir YAP funksionerinin mürəbbə biznesindən yazmaq təhqir və “qara piar”mış...
Maraqlıdır, bu prosesə müxalifətin münasibəti necədir? Onlar heç bir məhkəmə hökmü olmadan “Yeni Azərbaycan” qəzetinin müxalifət liderlərini vətənə xəyanətdə suçladıqlarına görə məhkəməyə müraciət etməyi düşünürlərmi?
Müsavat başqanının müavini Mehman Cavadoğlu hesab edir ki, “Yeni Azərbaycan” qəzetinin bu hərəkəti “qara piar”dır və o, hakimiyyətin göstərişi ilə aparılır: “Onlar öz aləmlərində müxalifət liderlərini ləkələmək istəyirlər. Bu, hakimiyyətin seçkilər öncəsi təbliğat kampaniyasının tərkib hissəsidir. Amma bununla belə, Azərbaycanda azad məhkəmələr olmadığına görə məhkəməyə müraciət etmək fikrimiz yoxdur”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da hesab edir ki, qəzetin bu hərəkəti hakimiyyətin dəsti-xəttinə uyğundur: “İqtidardakılar dediklərinin əksinə hərəkət etməklə etikadan kənar kampaniya aparırlar və bunu siyasi metod olaraq işlədirlər. Xüsusilə seçki qabağı müxalifətin tənqidlərinə tutarlı cavab verə bilmədiklərinə görə şəxsiyyətə, mənəviyyata qarşı siyasi terror aparırlar. Bunu Azərbaycan hakimiyyəti leqal və qeyri-leqal şəkildə həyata keçirir”.
Bununla belə, F.Qəhrəmanlı müstəqil məhkəmələr olmadığından “qara piar” aparan iqtidar qəzetlərini məhkəməyə vermək fikrində olmadıqlarını bildirdi: “Çünki bu cür kampaniyalar ictimai şüura o zaman effektiv təsir edirlər ki, bu məsələ gündəmə gəlir, ona diqqət yaranır. Biz onları məhkəməyə versək, onsuz da cəmiyyətin gözündən düşmüş həmin qəzetlər gündəmə gələcək. Digər tərəfdən isə, məhkəmələr azad deyil və məsələnin Avropa Məhkəməsinə qədər getməsi heç yerə zamanımızı alacaq”.
Hakimiyyət qəzetlərinin “qara piar” kampaniyası isə davam edir. Hər saylarında da yazırlar ki, “qara piar” pis şeydir.
“Bunların ”centlmen sazişi" budursa, centlmencəsinə olmayan hərəkətləri necə ola bilər" sualına isə cavab axtarmadıq. Çünki bu sualın cavabını vaxtı ilə hamı görüb və görməkdədir...

Nailə RÖVŞƏNQIZI

766 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

[02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008