|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Sabah Azərbaycan jurnalistikasının tanınmış simalarından biri olan Arif Əliyevin doğum günüdür. Həmkarımızın 50 yaşı tamam olur. Hələ sovet dövründə mərhum Nəcəf Nəcəfovla birgə çalışdığı “Molodyoj Azəerbaydjana” qəzetindən bu yana Arif Əliyev özünü prinsipial və peşəkar qəzetçi, peşə etikasına ciddi riayət edən jurnalist kimi göstərib. Azərbaycan Prezidentini mətbuat katibi olanda da A.Əliyev daima söz və mətbuat azadlığının tərəfdarı kimi çıxış edib, öz xidməti mövqeyindən mətbuatı inkişafı üçün istifadə edib.
Müstəqillik dövrünün ilk illərindən “Yeni nəsil” jurnalistlər birliyinin rəhbəri olan Arif Əliyev bütün dönəmlərdə söz və mətbuat azadlığına təhlükə və təhdidlərin qarşısında olub, jurnalistikamızın problemlərinin həllində fəallıq göstərib, xarici donorların Azərbaycan jurnalistikasına maddi yardımlar göstərməsinə nail olub. Arif Əliyevin baş redaktorluğu ilə çıxan “Gün səhər” qəzeti qısaömürlü olsa da, Azərbaycan mətbuatına parlaq iz qoyan nəşrlərdən idi. Bu qəzet tərəfsizliyi, qərəzsizliyi, obyektivliyi özünün peşə qayəsi seçmişdi. A.Əliyev çalışırdı ki, onun qəzeti heç zaman birtərəfli mövqe tutmasın. O, sensasiyanı obyektivliyə, operativliyi dəqiqləşdirməyə qurban verməyi bacaran az-az baş redaktorlardan idi. “Yeni Müsavat” ailəsi müasir jurnalistikamızın parlaq simasına 50 illik yubileyində cansağlığı, gümrahlıq və uğurlar arzulayır.
1128 dəfə baxılıb
|
[11.02.2012] - SÖZÇÜNÜ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM [11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI [10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI [10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA [10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB [10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ [10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK [09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI? [08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR” [07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ [07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR” [07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR [07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ [05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR [05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU [02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ [02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ [02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”... |
| Yeni MÜSAVAT © 2008 |
|