13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

JURNALİSTLƏRİN İFADƏSİ TƏHRİF OLUNUB, VƏKİL ŞİKAYƏT HAZIRLAYIR

2010-08-31

Fariz Namazlı: “Bunun adı absurddur”

Qəzetimizin ötən sayında xəbər vermişdik ki, “Yeni Müsavat” qəzetinin reportyoru Elmin Bədəlovun və “Milli yol” qəzetinin əməkdaşı Anar Əliyevin (Gəraylı) nəqliyyat naziri Ziya Məmmədovun imarətinin qarşısında vəhşicəsinə döyülməsi ilə bağlı polis araşdırması ilə bağlı yekun qərar zərərçəkənlərin əlinə çatıb. Döyülən jurnalistlər isə onların ifadələrinin bu qərarda təhrif olunaraq kontekstdən çıxarıldığını deyirlər.

E.Bədəlov bizə açıqlamasında bildirdi ki, iş saxtalaşdırılıb. Onun sözlərinə görə, zərərçəkənlərin ifadələri qərarda təhrif olunaraq kontekstdən çıxarılıb: “Orada yazılır ki, jurnalistlərdən biri hasara çıxıb, amma ikisi yıxılıb. Bu necə olur, bir nəfər hasara çıxır, amma iki nəfər yıxılır? Heç ekspertiza rəyini və ifadələrimizi də bizə təqdim etmədilər. Halbuki işlə tanış olmaq bizim haqqımızdır. Bizə ”sizinlə birgə hadisə yerinə baxış keçirəcəyik" desələr də bizi çağırmadılar. Yalan ifadələr əsasında belə uydurma qərar hazırlayıblar. Jurnalistə zor tətbiq edilməsə, o, çəkdiyi fotoların silinməsinə razı olmaz".
A.Əliyev(Gəraylı) da Xəzər Rayon Polis İdarəsində verdiyi izahat işinin araşdıranlar tərəfindən ciddi təhrif olunduğunu hesab edir. Onun sözlərinə görə, işi araşdıran baş təhqiqatçının hazırladığı qərarda da kifayət qədər təhrif var: “Qərarda yazılıb ki, guya mən öz izahatımda ”bağ evinin şəklini çəkərkən qapının ağzına gələn şəxslər tərəfindən döyülməmişəm, lakin sonradan gözətçi otağına aparıldığımızda bir-iki sillə vurublar" yazmışam. Bəyan edirəm ki, qərarda mənə aid olduğu iddia edilən bu fikirlər tam uydurmadı, izahatımda belə ifadələr işlətməmişəm. İzahatımda xüsusi vurğulamışam ki, bizi darvazanın qarşısında şəkil çəkərkən sillə-təpiklə maşına basıblar, sonra da eyni prosesi aparıldığımız nəzarət otağında davam etdiriblər".
Media Hüququ İnstitutunun hüquqşünası Fariz Namazlı isə qərardan Xəzər Rayon Məhkəməsinə şikayət verəcəklərini dedi. Onun sözlərinə görə, şikayətdə iş materialları ilə tanış olunması barədə vəsatət qaldırılacaq: “Düzü, cinayət işinin başlanması rədd olunanda iş materialları zərərçəkənlərə verilmir. İş tam aparılanda isə onlara ittiham aktı verilir. Biz şikayət materiallarını əldə edəndə biləcəyik ki, konkret təhrif harada var”.
F.Namazlı onu da dedi ki, qərarda ziddiyyətli məqamlar var. Belə ki, ekspertizanın verdiyi rəyə görə, jurnalistin üzərindəki bir neçə xəsarətin bir dəfə yıxılmaqla baş verməsi absurd məsələdir. Ümumiyyətlə, qərar özü qanunsuzdur: “Onlar jurnalistlərin xəsarət almasına qanuni don geyindirmək üçün belə bir absurd qərar hazırlayıb. Jurnalistlərin isə ifadəsinin təhrif olunması cinayət işinin rədd olunması üçün hazırlanmış planın bir hissəsidir. Heç jurnalistləri də təhqiqat materialları ilə tanış etməyiblər, onlarla birgə hadisə yerində araşdırma aparılmayıb. Heç bəlkə o şahidlər də hadisə vaxtı ərazidə olmayıblar”.

Sevinc TELMANQIZI

336 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

ARXIV

Yeni MÜSAVAT © 2008