12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

TELEKANALLARIN DA REKLAM BAZASI GENİŞLƏNDİRİLƏCƏK

2010-09-03

Azərbaycanda KİV-in reklam bazarının genişləndirilməsi ölkədə fəaliyyət göstərən teleradio kanallarına da şamil olunacaq. Bu barədə “Trend”ə Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

“Hazırda reklamla bağlı məsələ gündəmdədir və gələcəkdə MTRŞ bu məsələyə xüsusi önəm verəcək. Bu baxımdan mediadan söz gedirsə, teleradio kanalları da reklam üzrə ümumi vergidən azad edilməsindən kənarda qalmamalıdırlar”, - şura sədri bildirib.
N.Məhərrəmlinin sözlərinə görə, hazırda dövri mətbuatın, yəni qəzet və jurnalların reklamla bağlı vəziyyətləri bir o qədər ürəkaçan deyil və bu səbəbdən, onlar xüsusi olaraq reklam bazarının yaxşılaşdırılması sahəsinə maraq göstərirlər. Lakin şura sədri bildirib ki, televiziyalar da bu işlərdən kənarda qalmayacaqlar.
MTRŞ sədri qeyd edib ki, medianın əsas hissəsini elektron media təşkil edir - dövri mətbuatdan fərqli olaraq, elektron medianın cəmiyyətə təsir imkanları daha böyükdür, insanların məlumat əldə etməsində dövri mətbuatla elektron media arasında fərq çox böyükdür.
Biz də öz növbəmizdə Mətbuat Şurasından KİV-in reklam bazarının genişləndirilməsi ilə bağlı nə kimi işlər görüldüyünü soruşduq. Şuradan “Yeni Müsavat”a bildirildi ki, adətən yay aylarında mətbuata reklam axını zəif olur və bu, təbiidir. Amma şura səviyyəsində problemin həlli üçün kompleks tədbirlər görülür. Bununla bağlı yaxın vaxtlarda media nümayəndələrinin iştirakı ilə tədbir keçiriləcək və tədbirlərə planı müzakirə olunacaq.

Sevinc TELMANQIZI

346 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

[02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008