 |
Media
ABŞ SƏFİRLİYİNİN MƏTBUAT KATİBİ "YENİ MÜSAVAT"da OLDU 2010-09-04
|
Bu gün Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin mətbuat katibi Kis Bin "Yeni Müsavat" qəzetinin redaksiyasında olub, qəzetin baş redaktoru Rauf Arifoğlu ilə görüşüb. R.Arifoğlunun verdiyi məlumata görə, 3 ay əvvəl mətbuat katibi vəzifəsinə təyin olunmuş cənab Binin ziyarəti tanışlıq xarakteri daşıyıb: "O, qəzetimizin fəaliyyəti ilə maraqlandı, suallar verdi, cavablar aldı. Mən isə öz növbəmdə ABI-ın ölkəmizə nə vaxt səfir təyin edəcəyi ilə maraqlandım. Maraqlı söhbətimiz oldu".
musavat.com 1875 dəfə baxılıb
|