13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

DAHA ÜÇ QƏZETİN ADI “QARA SİYAHI”ya SALINA BİLƏR

2010-09-04

Dünən Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 6 müraciəti araşdıraraq müvafiq rəylər çıxarıblar. Əvvəlcə Ağdam rayonu Quzanlı qəsəbəsinin bir qrup sakininin “Qeyrət qalası” qəzeti ilə bağlı şikayətinə baxılıb. Komissiya həmin mətbu nəşrdə gedən bir sıra yazılarda açıq təhqirlərə yol verildiyini , bunların əsasən fərdi baxışlardan, münasibətlərdən qaynaqlandığını əsas götürərək “Qeyrət qalası” qəzetinə Mətbuat Şurası tərəfindən xəbərdarlıq edilib.

İclasda üç kütləvi informasiya vasitəsinin adının MŞ-nin “qara siyahı”sına salınması üçün nə dərəcədə əsaslar olduğunun müəyyənləşdirilməsinin Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına həvalə edilməsi razılığına gəlinib. Bunlar “Vedi inform”, “Həftəlik Azərbaycan” və “Azad yeni fikir” qəzetləridir.
Birinci nəşr barədə belə rəyə gəlinərkən Respublika Dəri-zöhrəvi Dispanserinin, Şəki Şəhər Qarışıq Tipli Uşaq Evinin şikayətləri, həmçinin digər amillər nəzərə alınıb. Digər iki qəzet barədə ölçü götürülərkən Göyçay rayon sakinləri Eldar Şıxəliyevin və İlkin Nəbiyevin müraciətlərindəki məqamlara istinad edilib.
İclasda “Cənub xəbərləri” qəzeti barədə müraciətlərlə əlaqədar iki rəy çıxarılıb. Komissiya Yardımlı Rayon Mədəniyyət Şöbəsinin bu mətbu nəşrlə bağlı şikayətini əsaslı saymayıb. Nəzərə alınıb ki, müraciətdə adı çəkilən qəzet əməkdaşının məhkəmə hökmü ilə şöbənin tabeliyindəki əsas iş yerinə qaytarılması qarşı tərəfin iddiasını qüvvədən salır.
Masallı rayonundan bir qrup ziyalının müraciətinin müzakirəsi “Cənub xəbərləri”nə xəbərdarlıq olunması ilə yekunlaşıb. Nəşr rəhbərliyinə bildirilib ki, qəzetdə etik çərçivəyə sığmayan təhqiramiz fikir və ifadələrin işlədilməsi yolverilməz haldır. Bu KİV-də belə hallar qətiyyətlə aradan qaldırmalıdır.

S.TELMANQIZI

422 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

[02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008