13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

“QADIN KONSENSUS MƏRKƏZİ” JURNALİSTLƏRİ MÜKAFATLANDIRDI

2010-09-04

Dini sahədə elan olunan müsabiqə maraqlı məqamları üzə çıxarıb

“Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin dini sahədə həyata keçirdiyi layihə çərçivəsində jurnalist müsabiqəsi yekunlaşıb. Dünən Atatürk Mərkəzində keçirilən mükafatlandırma mərasimində millət vəkilləri, hüquq müdafiəçiləri, dövlət qurumlarının nümayəndələri və dini ekspertlər iştirak edirdi. İctimai Birliyin sədri, millət vəkili Aynur Quliyeva bildirdi ki, “Azərbaycanda fəaliyyət göstərən qeyri-ənənəvi dini təriqətlərin və cərəyanların fəaliyyətinin araşdırılması, monitorinqi və bu yöndə ictimai məlumatlandırmanın təşkili” adlanan layihə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilir.

Layihə çərçivəsində təxminən iki ay əvvəl elan olunmuş müsabiqəyə təqdim edilən jurnalist yazılarının hamısı kriteriyalara uyğun gəlib: “Ona görə də biz qərara aldıq ki, yazıların hamısını mükafatlandıraq”. A.Quliyevanın sözlərinə görə, layihə çərçivəsində aparılan tədqiqatlar və müsabiqəyə təqdim olunan yazılar Azərbaycanda qeyri-ənənəvi dini təriqətlərin fəaliyyəti ilə bağlı olduqca maraqlı məqamları üzə çıxarıb: “Məsələn, Azərbaycanda ”İbrahimilər" adlı missioner təşkilat fəaliyyət göstərir ki, həmin təşkilat 12-13 yaşlı qızların ərə getməsini tələb edir. Bu təşkilatın bizim dinimizə, mentalitetimizə, əxlaqımıza tamamilə zidd olan bir mərasimi var - özlərinin bayram günlərində bu təşkilata üzv olan qadınlar özlərini təşkilata üzv olan kişilərə hədiyyə edirlər. Ən təhlükəlisi isə odur ki, bu təşkilat daha çox azyaşlı qızları və qadınları hədəf seçir, onları asanlıqla öz təsirləri altına salırlar". Deputatın qənaətincə, bu cür həssas vəziyyətin yaranması ölkədə dini maarifləndirmənin zəif olması ilə bağlıdır. A.Quliyeva “Yahova şahidləri” adlanan və fəaliyyəti Avropa ölkələrində qanunla qadağan edilən missioner təşkilatın Azərbaycandakı fəaliyyətinə də toxundu. Deputat onu da qeyd etdi ki, tədqiqatlar bu cür təşkilatların ölkənin ucqar regionlarında daha fəal olduğunu göstərir.
Tədbirdə iştirak edən dini ekspert Elşad Miri bildirdi ki, Azərbaycanda İslam düzgün təbliğ olunmur.
Deputat Nazim Məmmədov isə qeyri-ənənəvi dini təriqətlərin ucqar rayonlarda daha fəal olması ilə bağlı deyilənlərlə razılaşmadığını bildirdi. Dedi ki, problemin kökündə duran ən başlıca amillərdən biri Azərbaycanda yarımçıq ailələrin çoxalmasıdır: “Müşahidələr göstərir ki, bu gün ölkədə yarımçıq ailələrin sayı çoxalıb. Nəzarətsiz qalan uşaqlar və yeniyetmələr də belə təşkilatların təsiri altına tez düşür, onların qurbanına çevrilirlər”.
Hüquq müdafiəçisi Çingiz Qənizadənin sözlərinə görə, problemi həll etmək üçün ilk növbədə onun səbəbi, yaranma şəraiti araşdırılmalıdır: “Mən deyərdim ki, bu situasiyanın yaranmasında dini məsələlərlə əlaqədar fəaliyyət göstərən qurumların da günahı var. İslam düzgün təbliğ olunmur ölkədə. Sovet vaxtı bizə təbliğ edirdilər ki, Quran hüququn mənbəyidir. Amma bu gün o təbliğat yoxdur”.
Tədbirdə tanınmış jurnalist İlhamiyyə Rzayeva, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, “Şərq” qəzetinin redaktoru Akif Aşırlı, jurnalist Azər Həsrət və digərləri mövzu ilə bağlı öz fikirlərini səsləndirdilər.
Müzakirələrdən sonra qalib jurnalistlərin adları elan edildi, onlara mükafatlar təqdim olundu.

H.ABDULLA

487 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

ARXIV

Yeni MÜSAVAT © 2008