12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

HƏRBDƏN YAZAN JURNALİSTLƏR ÜÇÜN LAYİHƏ

2010-09-04

Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) ofisində “Jurnalistlərin hərbi sahədə bilik və bacarığının artırılması” adlı layihə ilə bağlı mətbuat konfransı keçirildi. “Hərbi jurnalistlər” İctimai Birliyinin udduğu bu layihə Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun (Soros) maliyyə dəstəyi ilə reallaşacaq.

Layihənin rəhbəri, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov tədbirin məqsədini çatdırdı: “Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda həyata keçirilən islahatların cəmiyyətə çatdırılması bu gün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın NATO və ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq sənədlərində müdafiə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatlarda cəmiyyətin iştirakı, bu sektorun şəffaflığı kimi ifadələr yer alır. Ölkə mətbuatı və QHT-ləri orduda baş verənlərlə bağlı cəmiyyətə daha aydın və davamlı məlumat verməyin zəruriliyini zaman-zaman qaldırır. Bu gün Azərbaycanda hərbi jurnalistika sahəsinin inkişafı olduqca zəruridir. Bu sahədə çalışan qələm sahiblərinin bilik və bacarığının təkmilləşdirilməsi hərbi büdcənin şəffaflığının artırılmasına, jurnalistlərin informasiya əldə etmək imkanının genişlənməsinə, hərbi strukturlarda korrupsiya və rüşvətxorluqla mübarizənin effektivliyinin artırılmasına, müdafiə sektoruna demokratik vətəndaş nəzarətinin həyata keçirilməsində fəallığın gücləndirilməsinə səbəb olardı”.
Ü.Cəfərov dedi ki, layihə çərçivəsində nəzərdə tutulan bütün tədbirlər www.milaz.info saytında işıqlandırılacaq. O da diqqətə çatdırıldı ki, layihə üzrə təklif edilən müddət 6 aydır.

ELMİN

412 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

[02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008