13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

600 MİLYARDDAN BİZİM MƏTBUATA NƏ DÜŞƏ BİLƏR?

2010-09-05

Dünya mediası reklam bazarından astronomik qazanc götürür, biz isə...

Son günlər mediada ən çox müzakirə olunan mövzulardan biri də çap mediasının reklam bazarı ilə bağlı gözlənilən dəyişikliklərdir. Xatırladaq ki, mətbuatın yaranmasının 135 illiyi ilə əlaqədar Mətbuat Şurasının (MŞ) yeni ofisində prezident İlham Əliyevin iştirakı ilə keçirilən toplantıda MŞ sədri Əflatun Amaşov qəzet və jurnalların reklam gəlirlərinin azlığına toxunaraq bildirib ki, 40 milyon manat olan Azərbaycanın illik reklam bazarının cəmi 2 milyon manatı və ya 5 faizi mətbu orqanların payına düşür.

Bu fakta münasibətini bildirən dövlət başçısı isə reklam payının belə bölgüsünün ədalətsiz və dözülməz hal olduğunu deyib və bu məsələ ilə bağlı müəyyən addımlar atılacağını deyib. Hələlik MŞ bu sahədə müəyyən araşdırmalar aparır.
Amma Milli Teleradio Şurası rəhbərliyi də bu yazınlarda telekanalların reklama iddialı olması barədə açıqlama verib. Azərbaycanda isə çap və elektron medianın reklam təminatı ilə bağlı ortada xeyli fərqlər var. Öncə dünya miqyasından bəzi paralellər.
İngiltərədə bir ildə ölkə üzrə verilən reklamın 23-25 faizi televiziya və mətbuatın payına düşür. 30 milyard dollara yaxın olan reklam bazarının təxminən 6 milyard dolları media strukturlarına xərclənir. Bu qədər vəsaitin 48 faizi mətbuat orqanlarının, 52 faizi isə televiziyanın payına düşür.
Türkiyədə reklam bazarının həcmi isə 2,145 milyard dollardır. Reklam sifarişlərindən mətbuatın aldığı illik pay təxminən 250 milyon dollardır. Televiziyaların reklamdan qazancı isə bundan 4-5 dəfə çoxdur. Türkiyədə reklam bazarının adambaşına düşən payı 28,7 dollardır. Azərbaycanda isə bu göstərici 4-5 dollar səviyyəsindədir. Dünya üzrə reklam bazarının həcmi 600 milyard dollara bərabərdir. Kütləvi informasiya vasitələri bunun 55-60 faizinə sahibdir.
Ekspertlər hesab edir ki, bütün dünyada KİV-ə reklam verilməsi onların tirajı, reytinqinə müvafiq olaraq tənzimlənir. Azərbaycanda isə artıq bu göstəricilərə əhəmiyyət verilmir. Siyasi məqamlar reklam verənlər üçün böyük önəm daşıyır. MŞ və MTRŞ rəhbərliyinin vədlərinə görə, yaxın gələcəkdə bu problem yoluna qoyulacaq. O zaman gerçək rəqəmlərdən danışmaq mümkündür.

Sevinc TELMANQIZI

1487 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

[02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008