13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

“AZƏRBAYCAN” ZİYA MƏMMƏDOVDAN ƏL ÇƏKMİR

2010-09-05

Dövlət qəzeti nəqliyyat nazirini yenə “vurub”

“Azərbaycan” qəzeti nəqliyyat naziri Ziya Məmmədovu yenə tənqid edib. Faktiki olaraq Prezident Administrasiyasından idarə olunan qəzet nəqliyyat sektorundakı dərəbəylikdən yazıb, daha doğrusu, şəhərdəki nəqliyyat xaosuna dair reportaj hazırlayıb.

Meqapolislərdə nəqliyyat sistemində problemlə olduğunu qeyd edən “Azərbaycan” “Bakıda isə elə bil qəsdən bu məsələni qəlizləşdirirlər” deyə yazıb: “...Paytaxtın ən gur, izdihamlı ünvanlarının birində - Zərifə Əliyeva və Bülbül prospektlərinin qovuşuğunda günün bütün saatlarında bu cür xaotik mənzərənin şahidi olarsınız. Bir neçə avtobus sərnişin ”yığmaq" üçün uzun müddət dayanacaqda durur, arxadan gələnlər isə özlərinə yer tapmadıqlarından, Bülbül prospektini və piyada keçidini bağlayırlar. Əsasən Bayıl, 20-ci sahə yaşayış məntəqələrinə və “Sədərək” ticarət mərkəzinə sərnişin daşıyan 20, 258, 288, 124, 283 nömrəli və digər marşrutlarda işləyən avtobuslar svetoforun işıqlarına məhəl qoymadan beləcə günün müxtəlif çağlarında saatlarla bir-birinin ardınca prospektlərin kəsişdiyi nöqtədə sıralanırlar. Metronun “Sahil” stansiyasından çıxıb avtobusa tələsənlər bəzən qoruyucu hasarın üstündən aşmalı olur, sağdan və soldan prospektin hərəkət hissəsinə keçərək maşınlara tərəf qaçırlar.... Beləliklə, vaxtilə ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın yaşadıqları 29 nömrəli binada və Bülbül prospekti, 6 ünvanda yaşayanların nələr çəkdiyini təsəvvür etməyə çalışın. Avtobus gözləyənlərin özləri də bu cür vəziyyətdən ciddi narahatdır... Marşrut sahibləri Nəqliyyat Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin xeyir-duasını alıblar ki, maşınlarının bu ünvanda lövbər salmasına imkan yaranıb. Öyrəndik ki, yol polisi də bu vəziyyəti düzəltməyə nail ola bilmir. Buna cəhd edənləri də lap ucqarlara transfer gözləyir. Nə vaxtadək belə davam edəcək? Sualın cavabını Nəqliyyat Nazirliyindən və BŞİH-dən gözləyirik".
Bu məsələyə diqqət çəkən “Azadlıq” qəzeti yazır ki, daha əvvəl isə nəqliyyat naziri “Azərbaycan”da ölkədə sosial partlayışa zəmin yaratmaqda ittiham olunub. “Azadlıq” məsələyə dair belə şərh verir: “Nəzərə alsaq ki ”Azərbaycan" qəzeti Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin nəzarətindədir, onun da Ziya Məmmədovla münasibətləri qarşıdurma səviyyəsindədir, onda nəqliyyat nazirinin bu qəzetdə hədəfə alınması sifarişinin PA rəhbərindən gəldiyini söyləmək olar".
Əslində nəqliyyat sistemində doğurdan da ciddi problemlər var və bu, hər bir kəsi narahat edir. Amma biz ona adət etmişik ki, hakimiyyət qəzetləri bu biabırçılıqları ört-basdır etməyə çalışıblar. Yalnız hansısa sifariş olduqda, yaxud kimisə vurmaq lazım gəldikdə, tənqidlər başlayıb.

Tofiq ƏHMƏDLİ

2458 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

[02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008