|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Bugünkü ”Xalq qəzeti" ilə “Kommunist” qəzetinin dizaynı arasında heç bir fərq yoxdur". Bu sözləri bizə açıqlamasında Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı dedi. Onun sözlərinə görə, hazırda Azərbaycanda qəzet satışının aşağı olmasının bir səbəbi də onların dizaynındakı qüsurlardadır. E.Eyvazlı bu məsələdə beynəlxalq ekspertlərin təcrübəsindən yararlanmağın vacib olduğunu düşünür. Bu səbəbdən də rəhbəri olduğu təşkilat Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə “Qəzetlərin tərtibatında Türkiyə təcrübəsinin tətbiqi” adlı layihə həyata keçirəcək: “İlkin variantda ölkənin aparıcı 10 qəzetinin tərtibat, dizayn və başlıqlar məsələsi müzakirə ediləcək. Mütəxəssislər və ayrı-ayrı oxucu kütləsinin bu barədə fikri alınacaq. Nəticədə ən yaxşı tərtibatı olan qəzetlər müəyyənləşəcək. Sonra isə Türkiyəninn ”Hürriyet" qəzetindən Azərbaycana mütəxəssis dəvət olunacaq. Qəzet dizaynerləri üçün seminar təşkil olunacaq. Sonra bu seminarın qəzetlərin dizayna təsiri məsələsi öyrəniləcək". Sevinc TELMANQIZI 532 dəfə baxılıb
|
[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI [11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI [10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI [10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA [10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB [10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ [10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK [09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI? [08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR” [07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ [07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR” [07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR [07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ [05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR [05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU [02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ [02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ [02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”... |
| Yeni MÜSAVAT © 2008 |
|