|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Yeni Azərbaycan” qəzeti “qara piar”ını davam etdirir. Hərçənd ki, bu qəzetdə çalışan hörmətli həmkarlarımız yazırlar ki, onların başlatdıqları kampaniyanın “qara piar”a dəxli yoxdur... Ötən saylarımızda da göstərmişik: bu qəzetin 6-cı səhifəsində müxalifət liderlərinə qarşı tipik qaralama kampaniyası aparılır. Bu zaman stereotip kimi bir atalar misalımızdan istifadə olunur. Lakin qəzet həmin ata sözünü də təhrif edir; “Düşmənimin düşməni mənim dostumdur” el məsəli “Düşmənimin dostu mənim düşmənimdir” kimi tirajlanır. Üstəlik, qarşısında “Azərbaycan xalqının atalar sözü” deyə təqdimat da verilir. Qəzet artıq iki həftədir ki, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin hazırda həbsdə olan baş redaktoru Eynulla Fətullayevin ermənilərlə dostluq etdiyini iddia edir və onun vaxtilə qondarma Dağlıq Qarabağ Respublikasında olarkən Arkadi Qukasyanla və digər situasiyalarda çəkdirdiyi şəkilləri, yanında isə Müsavat başqanı İsa Qəmbərin, AXCP sədri Əli Kərimlinin, ALP lideri Lalə Şövkətin və politoloq Eldar Namazovun şəkillərini dərc edir. Baş redaktorun şəkillərinin üzərində “Bu Eynulla Fətullayevdir! Azərbaycanın düşmənləri ilə birlikdə”, müxalifətçilərin fotolarının üzərinə isə “Bunlar isə Eynulla Fətullayevi dəstəkləyənlərdir”, yazılıb. Yuxarıda qeyd etdiyimiz təhrif olunmuş el məsəli də həmin şəkillərin altında iri hərflərlə verilib. Sevinc TELMANQIZI 605 dəfə baxılıb
|
[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB [12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI [11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI [10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI [10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA [10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB [10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ [10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK [09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI? [08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR” [07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ [07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR” [07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR [07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ [05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR [05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU [02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ [02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ [02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”... |
| Yeni MÜSAVAT © 2008 |
|