 |
Media
BƏZİ YAYIM FİRMALARI MƏHKƏMƏYƏ VERİLƏ BİLƏR 2010-09-07 Vüqar Səfərli: “Qoy biri barədə tədbir görülsün, başqasına da dərs olsun”
|
Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli dünən “Trend”in ofisində mətbuat konfransı keçirib. V.Səfərli bildirib ki, 2011-ci ilin birinci yarısında fondun maliyyələşdirəcəyi layihələrin qəbuluna cari ilin noyabr ayından başlamağı planlaşdırırlar. Onun sözlərinə görə, layihələrin bir ay ərzində qəbul olunması nəzərdə tutulub. Qaliblər yanvar ayında açıqlanacaq və maliyyələşdirməyə başlanacaq. Son müsabiqəyə 41 layihənin təqdim olunduğunu söyləyən V.Səfərli seçimdən sonra 30 layihənin maliyyələşdirilməsinə qərar verildiyini nəzərə çatdırıb. Bu layihələrdən 19-u qəzet redaksiyalarına, 6-sı informasiya agentliklərinə, 5-i isə jurnalist təşkilatlarına aiddir. Mətbuat konfransına qatılan qəzet redaktorları ilə fond nümayəndələri müsabiqəyə qatılan qəzetlər üçün qoyulmuş minimum 500 nüsxə yayımın olması tələbinə dair müzakirələr də aparıblar. V.Səfərli qeyd edib ki, əl yayımlarından verilən sənədlər fond tərəfindən qəbul olunmur. Fondun icraçı direktoru daha sonra elan etdikləri müsabiqələrə saxta sənədlə qatılanlar barədə də danışıb. Onun sözlərinə görə, həmin qəzetlərə saxta sənədləri yayım firmaları təqdim edir. V.Səfərli sözügedən firmalar barədə məlumatların hüquq-mühafizə orqanlarına göndəriləcəyini vurğulayıb. “Hansı yayım firması saxta sənəd versə, o sənədi dərhal prokurorluğa göndərəcəyəm. Qoy biri barədə tədbirlər görülsün ki, başqalarına da dərs olsun” - deyən fond rəhbəri 35 il yayım sistemində çalışdığı üçün bu sahədəki vəziyyətə bələd olduğunu vurğulayıb. V.Səfərli bildirib ki, qəzetlərin təqdim etdiyi yayım məlumatları onların reklamla təmin olunmasında da rol oynayacaq. Fond rəhbərinin sözlərinə görə, hazırda reklam bazarının formalaşdırılması ilə bağlı təkliflər üzərində işlənilir. V.Səfərli fondun ayırdığı vəsaitlərin xərclənməsinə nəzarətin olacağını da nəzərə çatdırıb: “Vəsait ona görə verilmir ki, kimsə çıxarıb qoysun cibinə. Bu vəsait redaksiyanın maddi-texniki bazasının yaxşılaşdırılmasına, qəzetlərin mətbəə xərclərinə, əməkhaqlarının verilməsinə və digər bu kimi təşkilati tədbirlərə sərf oluna bilər. Əgər hansısa qəzet başdansovdu yanaşacaqsa, oradan-buradan köçürəcəksə, növbəti müsabiqələrdə ona yer verilməyəcək”. Fondun icraçı direktoru mətbuat konfransında jurnalistlərə tikiləcək evlərlə bağlı məlumat da verib. Evlərin tikilməsi üçün Bayıl qəsəbəsində 50 sot torpaq sahəsi ayrıldığını deyən V.Səfərli orada 3 ədəd 16 mərtəbəli binanın tikilməsinin də mümkün olduğunu vurğulayıb: “Jurnalistlərə evlərin verilməsi məsələsi ilə bağlı sənədlərin qəbulu tikinti layihəsinə start verildikdən sonra həyata keçiriləcək. Hazırda jurnalistlər üçün ayrılmış torpaq sahəsinin sənədləşdirilməsi prosesi gedir. Sənədlər hazır olandan sonra binanın layihələndirilməsi və tikilməsi üçün tender elanı veriləcək”. Evin jurnalistlərə hansı kriteriyalarla verilməsinə gəlincə isə fondun rəhbəri qeyd edib ki, bu barədə danışmaq hələ tezdir və bununla bağlı hər hansı müzakirələr aparılmayıb: “Biz birinci növbədə sənədləşməni başa çatdırmalıyıq. Tikinti başlanandan sonra mənzilin alınması üçün hansı sənədlərin lazım olması barədə ayrıca elan veriləcək. Orada hansı sənədləri təqdim eləmək lazım olduğu göstəriləcək. Sənədlər fondda qəbul olunacaq”. “İlk olaraq biz layihələşmə üçün elan verməliyik. Daha sonra tikinti şirkətləri təkliflərini təqdim etməlidir. Ondan sonra tender elan olunacaq. ”Tender haqqında" Qanuna görə, 2 ay müddətində nəticələr açıqlanmalıdır" - deyə V.Səfərli bildirib. Bundan sonra fond tenderin nəticələri barədə məlumat verəcək. V.Səfərli həmçinin bildirib ki, mənzilləri verərkən Bakı şəhərində daimi qeydiyyatın vacibliyi barədə deyilənlər düzgün anlaşılmayıb: “Qeydiyyat barədə heç bir şərt qoyulmayıb və o məsələ heç müzakirə də olunmayıb. Proses şəffaf keçiriləcək. Evsiz jurnalistlərə təmirli ev veriləcək. Hələ ki birinci binanın tikintisinə başlayacağıq və gələcəkdə də bu, davamlı olacaq”. Çıxışçı evlərin jurnalistlərə verilməsi ilə bağlı kriteriyaların hələ müəyyənləşmədiyini, tikinti başlananda hansı sənədlərin tələb olunması barədə elan veriləcəyini deyib. Sevinc TELMANQIZI 423 dəfə baxılıb
|
[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI [11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI [10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI [10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA [10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB [10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ [10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK [09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI? [08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR” [07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ [07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR” [07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR [07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ [05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR [05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU [02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ [02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ [02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”... [02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ ARXIV
|