13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

“BƏZİ HÖKUMƏTLƏR MƏTBUATIN ÖZÜNÜ TƏNZİMLƏMƏSİNİ ÖZÜNÜSENZURAYA ÇEVİRMƏK İSTƏYİRLƏR”

2010-09-07

Jurnalistlərin Peşə Davranışı Qaydaları yeni variantda ictimaiyyətə təqdim olundu; tədbirə qatıla bilməyən Dunya Miyatoviç məktub göndərdi

Dünən ATƏT-in Bakı ofisi ilə Mətbuat Şurası “Medianın özünütənzimləməsi vasitəsilə ifadə azadlığının qorunması” mövzusunda birgə konfrans keçirdi. Konfrans zamanı Jurnalistlərin Peşə Davranışı Qaydaları yeni variantda ictimaiyyətə təqdim olundu. Konfransda Prezident Administrasiyasının, Milli Məclis və vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də beynəlxalq ekspertlər iştirak edirdilər. Yeni əlavələr edilmiş sənədin məqsədi jurnalist təcrübəsini institusional səviyyədə təkmilləşdirmək və media mənsublarının gündəlik fəaliyyətində peşəkar etik standartların tətbiqini təşviq etməkdir.

MŞ-nin əvvəlki Peşə Davranışı Qaydalarına əsaslanan yeni sənəddə məlumatların toplanması və açıqlanması cinayət hadisələri haqqında məlumatların verilməsi, təqsirsizlik prezumpsiyası, eləcə də medianın müstəqilliyi və jurnalistlərin hüquqlarına dair məsələlərə xüsusi diqqət yetirildiyi bildirildi.
Əli Bilgə CankorelATƏT-in Baki ofisinin rəhbəri Əli Bilgə Cankorel açılış nitqində bunları dedi: “ATƏT məkanında mətbuat şuralarının qəbul etdiyi peşə davranışı qaydaları mətbuatın özünütənzimləməsi işində çox mühüm vasitəyə çevrilib. Bu qaydalar vasitəsilə media öz peşəkarlığını artırmaqla yanaşı, müstəqilliyini də qoruyub saxlayır. Ümid edirik ki, parlament seçkilərindən sonra Milli Məclis ölkədə media azadlığının inkişafına müsbət təsir edəcək ”Diffamasiya haqqında" Qanunun müzakirəsinə başlayacaq".
Ə.B.Cankorel KİV-lə bağlı məsələlərin Azərbaycan hakimiyyətinin təmsilçiləri ilə mütəmadi olaraq müzakirə edildiyini dedi. MŞ-nin ATƏT-in Bakı ofisi ilə birgə hazırladığı Jurnalistlərin Peşəkar Davranış Qaydalarını şərh edən səfir bildirdi ki, bu sənəd Azərbaycan mətbuatının inkişafına təkan verəcək.
MŞ sədri Əflatun Amaşov bildirdi ki, yeni qaydalar jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.
Prezident Administrasiyasının nümayəndəsi Vüqar Əliyev qeyd etdi ki, ölkədə KİV-in əsas problemlərindən biri reklam bazarının olmamasıdır: “Lakin prezident hər il KİV-ə yardım ayırır, onların maddi-texniki bazasının yaxşılaşdırılmasına çalışır”.
Dunya MiyatoviçTədbirdə ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin müraciəti oxundu. Konfransa gələcəyi gözlənilən, lakin səhhətindəki problemə görə Azərbaycana səfəri təxirə salınan D. Miyatoviç ilin sonuna qədər Bakıya gələcəyini bildirib. D.Miyatoviç müraciətində Azərbaycan hakimiyyətini böhtana görə cinayət cəzasını ləğv etməyə çağırıb: “Şərəf və ləyaqətin qorunması haqqında mövcud qanunvericilik ATƏT məkanında müstəqil KİV-ə təzyiq mexanizmlərindən biridir. O, jurnalistlərin işinə ciddi əngəl törədir, hakimiyyəti tənqiddən qoruyur”. O əlavə edib ki, bütün bunlar demokratik cəmiyyətdə jurnalistin öz rolunu yerinə yetirməsinə - korrupsiyanı ifşa etməsinə, siyasi prosesləri işıqlandırmasına və hökuməti tənqid etməsinə mane olur: "Odur ki, diffamasiyaya görə məhkəmə cəzalarını özünütənzimləmə mexanizmi ilə əvəzləmək lazımdır. Bu, jurnalistlərin hüquqi sanksiyalardan kənarlaşdırılmasına və peşə səhvlərinə görə müvafiq cavab verməsinə imkan yaradacaq". Miyatoviç yazır ki, ATƏT mətbuatın özünü tənzimləməsi üzrə soraq kitabçası hazırlayıb. Eyni zamanda Miyatoviç xəbərdarlıq edir ki, bəzi ölkələrdə özünütənzimləmə sistemini “özünüsenzura” sisteminə çevirmək tendensiyası var: “Jurnalistlər üçün etik normalar jurnalistlərin özləri tərəfindən qəbul olunmalıdır, istənilən özünütənzimləmə strukturları isə hökumət nümayəndələrini əhatə etməməlidir”.
Eyni zamanda Miyatoviç qeyd edib ki, media atmosferi azad olarsa, bu sistem işləyə biləcək: “Qeyri-azad atmosfer KİV peşəkarlarını qanun pozuntusuna sövq edir” (“Turan”).
Əflatun AmaşovBolqarıstanlı media mütəxəssisi Oqnian Zlatev və İrlandiya Mətbuat Şurası İdarə Heyətinin üzvü Martin Fitzpatrik etik davranış qaydalarının diffamasiya və böhtanın dekriminallaşdırılmasına olan təsiri haqqında tədbir iştirakçılarına məlumat verdi.
Tədbirdə gərginlik yaradan bir neçə məqam da oldu. Beynəlxalq ekspertlər jurnalistlərə ev tikilməsi üçün ayrılan 5 milyon manatın Jurnalistlərin Peşə Davranışı Qaydalarının 4.1-ci bəndinə uyğun gəlmədiyini bildirdilər.
Ə.Amaşov isə bunun Azərbaycan jurnalistlərinin sosial probleminin həllinə yönəlik addım olduğunu söylədi: “Bunun jurnalistin asılılığını artıracağına gəlincə, deyə bilərəm ki, keyfiyyətli jurnalist ev alıb müstəqiliyini qoruya bilər”.

Əcnəbi mütəxəsisin sualı:
- Xədicə İsmayılova ev ala biləcəkmi?

X.İsmayılova:
- Mən rüşvət götürmürəm.

Ə.Amaşov:
- Görüləcək işə qara eynəkdən baxmaqdansa, zamanını gözləsək yaxşı olar.

Xədicə İsmayılovaMillət vəkili Elmira Axundova dedi ki, seçki kampaniyası başlayan kimi davranış kodeksləri pozulur: “Kampaniya başlayan kimi, qəzetlər siyasi və sosial sifarişlə təhqiredisi, alçaldıcı materiallar dərc edirlər. Bu sifariş siyasi qüvvələrin rəhbərləri və yüksək vəzifəli məmurlardan gəlir. KİV-lərə informasiya mənbəyi yox, vasitə kimi baxırlar”.
Xədicə İsmayılova Peşə Davranışı Kodeksində yer alan jurnlistlərin siyasi mənsubiyyəti məsələsinə toxunaraq bildirdi ki, MŞ üzvləri arasında siyasi mənsubiyyəti olan insanlar var: “Məsələn, Bəxtiyar Sadıqov YAP-ın üzvüdür”.
“Azərnews” qəzetinin baş redaktoru Fazil Abbas prezidentin sərəncamı ilə jurnalistlərə ev tikilməsi üçün nəzərdə tutlan məbləğin rüşvət adlandırılmasına qarşı çıxdı. X.İsmayılova isə dedi ki, heç bir ölkədə jurnalistlər prezidentdən ev almırlar.

Leyla İLQAR

417 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

ARXIV

Yeni MÜSAVAT © 2008